"ABŞ Azərbaycan və Ermənistan arasında təmasları dəstəkləyir"
25 İyun 2024
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Vaşinqtonun Bakı və İrəvan arasındakı təmasları dəstəkləməyə davam etdiyini deyib.
Diplomat bu barədə brifinqdə söyləyib.
“Biz Azərbaycan və Ermənistan arasındakı əlaqələri dəstəkləməyə davam edirik”, – o qeyd edib.
O bildirib ki, ABŞ bu məsələnin həlli istiqamətində işləməyə davam edəcək.