ABŞ: Azərbaycan və Ermənistan arasında sülh razılaşmasına nail olmaq üçün fəaliyyəti davam etdiririk
23 İyul 2024
“Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistan arasında sülh razılaşmasına nail olmaq üçün fəaliyyətini davam etdirir”.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller keçirdiyi brifinqdə deyib.
“Ermənistan və Azərbaycan sülh sazişi istiqamətində mühüm irəliləyişləri davam etdirirlər. Biz bu prosesi dəstəkləməyə sadiqik. Artıq sülhün vaxtıdır. Biz bu sazişə nail olmaq üçün çalışmağa davam edirik” ,- deyə o qeyd edib.