Logo
news content
User
Kateqoriyalar

Xəbər

Abramoviçin sülh danışıqlarındakı rolu nədir?

Rusiyalı milyarder Roman Abramoviç Rusiya və Ukrayna arasında aparılan danışıqlarda vasitəçi və moderator kimi iştirak edir. Bunu Ukrayna nümayəndə heyətinin üzvü, Prezident ofisinin rəhbərinin müşaviri Mixail Podolyak brifinqdə deyib.

Podolyakın sözlərinə görə, Londonda yaşayan rusiyalı milyarder nümayəndə heyətləri arasında son dərəcə effektiv vasitəçidir.

Xatırladaq ki, martın 23-də Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydendən Abramoviçə qarşı sanksiyalar tətbiq etməməyi xahiş edib. Bildirib ki, o, Kiyev və Moskva arasında sülh danışıqlarına töhfə verə bilər.