80 nəfərin bank kartından pul oğurlayan kiberfırıldaqçılar tutulub
17 İyul 2024
Daxili İşlər Nazirliyinin Kibertəhlükəsizliyə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Əhməd Məmmədov və Etibar Vəliyev saxlanılıb. Onlar vətəndaşların bank kartlarından pul oğurlamaqda şübhəli bilinirlər.
İstintaq zamanı müəyyən edilib ki, həmin şəxslər internetdə avtomobillərin öz dəyərindən aşağı qiymətə satışı ilə bağlı elanlar yerləşdiriblər. Daha sonra potensial alıcıların bank kartı məlumatlarını tələb edərək, “Card to card” əməliyyatı ilə pul köçürmələrini xahiş ediblər.
Bununla da 80-ə yaxın vətəndaşa maddi ziyan vurublar.
Faktlarla bağlı cinayət işi açılıb, Məmmədov və Vəliyev həbs edilib.