67 il öncə - "antirekord" təkrarlandı
20 Sentyabr 2022
Futbol üzrə İtaliya A Seriyasının 7-ci turu nəhənglərin məğlubiyyəti ilə əlamətdar olub.
“Yuventus”un səfərdə “Montsa”ya (0:1), “İnter” isə “Udineze”yə (1:3) uduzduğu turda, “Milan”la “Roma” da müvafiq olaraq “Napoli” (1:2) və “Atalanta” (0:1) ilə ev oyunlarından məğlub ayrılıb.
Hesabat turunda baş tutan bu oyunların nəticəsi 67 il sonra gələn bir ilki rəsmiləşdirib. Belə ki, İtaliyanın 4 böyük klubunun eyni gündə məğlub olmasına sonuncu dəfə məhz 67 il öncə rast gəlinmişdi. Bu, 1955-ci ilin 13 fevralında qeydə alınmışdı.
Qeyd edək ki, A Seriyasında 7 turdan sonra 17 xala malik “Napoli” və “Atalanta” zirvəyə şərikdirlər. “Udineze” 16 xalla üçüncü pillədə qərarlaşıb. “Latsio” və “Milan”ın 14, “Roma”nın 13, “İnter”in 12, “Yuventus”la “Torino”nun 10 xalı var.