65 yaşın sensasiyası
26 Oktyabr 2022
Mehman Əliyevin bu gün 65 yaşı olur. Həqiqətən, görünməmiş bir məsələ deyil. Özünü pensiya yaşına çatdıra bilmiş hər şəxsin başına gələn hadisədir. Mehmanın unikallığı başqa şeydədir. Ömrünün düppədüz yarısını – 32 il altı ayını – o, “Turan” informasiya agentliyinin dəyişməz direktoru olaraq qalıb. Məncə, rekord göstəricidir. Azərbaycanda “Turan”a qədər yaradılmış azsaylı media təşkilatları ya artıq tarixə qovuşublar, ya da arada rəhbərlərini təzələyiblər.
Mehman həmişə dəyişməzliyi, etibarlılığı ilə seçilib. Onun yaxşı keyfiyyətləri çoxdur, ancaq mən Mehmanla əvvəlcə eyni təşkilatlarda, sonra uzun illər bir sahədə işləmiş bir şəxs kimi, məhz bu cəhəti önə çəkərdim...
Azərbaycan jurnalistikasının çiçəkləndiyi və artan gücü ilə hakim zümrələrdə çoxlarını narahat etdiyi bir dövr – 1998-ci il idi. Ölkənin 8 aparıcı kütləvi informasiya vasitəsi Bakıda Press Klub yaratmaq üçün birləşmişdi (yeri gəlmişkən, söhbət bizim pressklub.az saytının sələfindən gedir). Həmin Klub qısa müddətdə bütün media işçilərinin ümumi evinə çevrilmiş, jurnalistika tariximizdə dərin iz buraxmışdı. Bunu çoxları xatırlayır. Ancaq az adam bilir ki, açılışından cəmi bir neçə ay sonra PK dağılmaq təhlükəsi ilə üzləşmişdi.
Hər bir təsisçi nizamnamə fonduna qoyduğu vəsaitə uyğun olaraq, Klubda paya və səsə malik idi. Qəflətən ən böyük pay sahiblərindən biri təcili iclas çağırılmasını tələb etdi. İclasda onun təmsilçiləri ən yüksək səviyyəli məmurlardan, o cümlədən xüsusi xidmət orqanlarının əməkdaşlarından aldıqları “məlumatlara” istinadən, Press Klubun rəhbərliyini jurnalist təşkilatını siyasi müxalifətin yığıncaq yerinə çevirməkdə ittiham etdilər. Bütün həmtəsisçilərə özlərini qorumaq üçün Klubdan çıxmaq təklif olunurdu. Əks təqdirdə, onları qaçılmaz cəza ilə qorxudurdular.
Əslində nə baş verdiyini əksəriyyət anlayırdı, bilirdi ki, bizim peşəkar birliyimiz dağılsa, iri payçılar öz vəsaitlərini birdən geri çəksələr, fəaliyyətinə belə uğurla başlamış Press Klub çökəcək. Amma bəlli səbəblərdən çoxları tərəddüd edirdi. Bu an gözlənilmədən Mehman Əliyev ayağa qalxıb qətiyyətlə dedi: “Turan” heç hara getməyəcək! Lap Arif özü getsə də, mən qalıram!” (Adımı çəkəndə, Mehman Press Klubun əsas təşəbbüsçüsü və təsisçisi “Yeni Nəsil” Jurnalistlər Birliyini nəzərdə tuturdu). Mən Mehmanın müdaxiləsini ona görə “gözlənilməz” adlandırıram ki, “Turan”a Klubun nizamnamə kapitalının cəmi 2 faizi məxsus idi. Qərar qəbul edilərkən onun rəyindən, demək olar, heç nə asılı deyildi. Amma bu mühüm məqamda məhz Mehmanın mövqeyi həlledici oldu. “Üsyankar” tək getdi, özü ilə cərgəmizdən heç kimi apara bilmədi.
Bizim seyrəlmiş cərgələrimizdə bacardıqca çox qal, Mehman! Həm uzunömürlülükdə, həm də peşə yarışında rekordlar vurmaqda davam et! Müstəqil KİV-in hər gününün yaşamaq uğrunda mübarizədə keçdiyi çətin günlərimizdə bu, asan iş deyil. Ancaq sevinməli, müsbət nəticələr də var axı! Məsələn, 60 illiyin ərəfəsində sən həbs olunmuşdun. 65 illiyin gələndə isə “çox sağ ol” deməsələr də, artıq həbs etmirlər. Deməli, hər şey yaxşılığa doğrudur!
Arif Əliyev,
Mətbuat Klubunun direktoru