60 ildə ilk dəfə: Çinin əhalisi azalıb
17 Yanvar 2023
2022-ci ildə Çinin əhalisi 1,411 milyard nəfərə qədər azalıb ki, bu da 2021-ci ilin sonundakı göstəricidən 850 min nəfər azdır.
Bu barədə yerli KİV Çin Xalq Respublikasının Milli Statistika Bürosunun məlumatlarına istinadən məlumat yayıb.
Qeyd olunur ki, ölkədə əhalinin sayının azalması son 60 ildə ilk dəfə baş verib.
2022-ci ildə 9,56 milyon insan doğulub, 10,41 milyon nəfər ölüb.
Ötən ilin nəticələrinə görə, cins nisbəti 104,69-dur, yəni hər 100 qadına demək olar, 105 kişi düşür. Kişilərin sayı 722,06 milyon nəfər, qadınlar isə 689,69 milyon nəfərdir.
1980-ci illərdə Çin “bir ailə, bir uşaq” siyasəti yürüdürdü. 2015-ci ildə səlahiyyətlilər cütlüklərə iki, 2021-ci ildə isə üç uşaq dünyaya gətirməyə icazə verib. Hazırda hakimiyyət orqanları ailələri uşaq sahibi olmağa təşviq etmək üçün tədbirlər görür. Ölkə etiraf edir ki, əhali sürətlə qocalır, iqtisadiyyatda işçilər yoxdur.