Logo
news content
User
Kateqoriyalar

Xəbər

500 milyard dollarlıq ad

“Facebook” adını “Meta” olaraq dəyişəndən sonra təxminən 500 milyard dollar dəyər itirib.

Bundan əlavə, şirkət dünyanın ən bahalı korporasiyaları sırasından çıxıb. Qeyd edək ki, dəyəri 565 milyard dollar olan “Meta” siyahıda 11-ci yeri tutur. Bütün dəyişikliklərdən əvvəl “Facebook”un bazar dəyəri 1 trilyon dollar olub.

Mənbələrə görə, belə bir addımın nəticələri o qədər ağır olub ki, bir çox reklamçılar “Google”a keçməyə başlayıblar.

Daha əvvəl “Meta”nın rəhbəri Mark Zuckerberq bildirmişdi ki, onun şirkəti metakainatın yaradılmasına diqqət yetirəcək, bu istiqamətə milyardlarla dollar sərmayə qoyacaq.