43 il həbsxanada! - Etmədiyi cinayətə görə...
10 İyul 2024
ABŞ-də Apellyasiya Məhkəməsi qətl törətməkdə ittiham edilərək ömrünün 43 ilini həbsxanada keçirən Sandra Hemme adlı qadını günahsız bilərək həbsdən azad edib.
Hakim qərar verib ki, Sandra Hemmenin vəkilləri onun faktiki günahsızlığına dair aydın və inandırıcı sübutlar təqdim ediblər.
Əgər prokurorlar onu yenidən məhkəməyə vermək qərarına gəlməsələr, qadın 30 gün ərzində azad edilməlidir.
Qeyd olunub ki, 64 yaşlı Sandra Hemme kitabxanaçını öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.
Genişmiqyaslı araşdırma zamanı məlum olub ki, dindirmə zamanı məhkum güclü sakitləşdirici dərmanların təsiri altında olub və müstəntiqlər qadını birbaşa psixiatriya xəstəxanasında dindiriblər. Üstəlik polis qadının təqsizrsizliyinə dair təqdim edilən sübutları vaxtında Federal Təhqiqat Bürosuna təqdim etməyiblər.