Nepalın Katmandu şəhərində Kirat icmasından olan qadın ənənəvi Sakela festivalı zamanı rəqs edir.
ŞƏKLİN MƏNBƏYİ,PEDRO VILELA / GETTY IMAGES
Braziliyanın Minas-Jerays əyalətində güclü yağışların törətdiyi torpaq sürüşməsi və sel nəticəsində azı 15 nəfər ölüb, 28 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
ŞƏKLİN MƏNBƏYİ,CARLOS OSORIO / REUTERS
Kanadanın Ottava şəhərindəki parlament binası yaxınlığında koronavirus vaksinasiyasına qarşı nümayiş. Ontario əyalətində yük maşınları sürücülərinin başladığı etirazlara cavab olaraq fövqəladə vəziyyət elan olundu.
ŞƏKLİN MƏNBƏYİ,FUTURE PUBLISHING / GETTY IMAGES
Pekin həm yay, həm də qış olimpiadalarına ev sahibliyi edən ilk şəhər oldu. Qış Olimpiadasının açılış mərasimi "Quş yuvası" arenasında təşkil olundu.
ŞƏKLİN MƏNBƏYİ,BRIAN SNYDER / REUTERS
ABŞ-da keçirilən Oskar mərasimində "Kral Riçard" filmindəki roluna görə ən yaxşı kişi aktyor mükafatını alan Will Smith saç xəstəliyindən əziyyət çəkən həyat yoldaşı Jada Pinkett Smith barədə zarafat edən Chris Rock-a sillə vurub. Smith daha sonra üzr istəyərək etdiyi hərəkətin "qəbuledilməz" olduğunu deyib.
ŞƏKLİN MƏNBƏYİ,ROMAN PILIPEY/EPA-EFE
Rusiya qüvvələri fevralın sonunda Ukraynaya qarşı hərbi müdaxiləyə başlayaraq bir çox istiqamətdə hücuma keçiblər. Bu şəkildə zərbələrə məruz qalan İrpen şəhərinin sakinləri evlərini tərk edərək müvəqqəti körpü ilə çayın qarşı tərəfinə keçirlər.
ŞƏKLİN MƏNBƏYİ,LUIS TATO / AFP
Keniyanın Samburu bölgəsində qadınlar ənənəvi bəzək və zinət əşyaları hazırlayırlar. Satılan əşyalar iqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi nəticəsində təhlükə ilə üzləşən yerli fermerlərin ailələri üçün gəlir mənbəyinə çevrilib.
ŞƏKLİN MƏNBƏYİ,JIM URQUHART / REUTERS
ABŞ-ın Ali Məhkəməsi 1973-cü ildə abortları qanuniləşdirən "Roe v Wade" qərarını ləğv etdikdən sonra Yuta ştatının Solt Lake Sity şəhərində abort hüququnu dəstəkləyənlərin nümayişi.
ŞƏKLİN MƏNBƏYİ,ADREES LATIF / REUTERS
Rio-Qrande çayını keçərək ABŞ-a gələn miqrantlar Texas ştatının Roma şəhərində sərhəd patrul əməkdaşları tərəfindən qeydiyyata alınırlar. Meksikadan ABŞ-a miqrasiya 2021-ci ilin rekordunu yeniləməkdədir. İyun ayında 50-dən çox miqrant Texasdakı yolda tərk edilmiş yük maşınının içində ölü halda tapılıb. Bu, ABŞ-da insan qaçaqmalçılığı ilə bağlı miqrant ölümlərinin ən dəhşətli hadisəsi sayılır.
ŞƏKLİN MƏNBƏYİ,CHRISTOPHE SIMON / AFP
Amerikalı aktrisa Kristen Stewart Fransada keçirilən 75-ci Kann Film Festivalında "Gələcəyin Cinayətləri" filminin nümayişindən əvvəl çəkdirdiyi şəkil.
ŞƏKLİN MƏNBƏYİ,CARLOS MAMANI / AFP
Perunun cənubundakı Puno şəhərinin Juli bölgəsində keçirilən çempionatda yerli qadınlar futbol oynayırlar.
İslandiyanın Meralir vadisindəki Faqradalsfyal vulkanının yanında toplaşan insanlar. Bu vulkan avqustun 3-də həftələrlə davam edən kiçik zəlzələlərdən sonra fəallaşıb.
ŞƏKLİN MƏNBƏYİ,THOMAS PETER / REUTERS
Çinin Dzyansi əyalətində şiddətli quraqlığa görə, Poyanxu gölünün səviyyəsi tarixi minimuma çatandan sonra Lousinqdun adasındakı paqodaların, adətən, suyun altında qalan təməlini görmək olar.
ŞƏKLİN MƏNBƏYİ,JEFF J MITCHELL / GETTY IMAGES
Kraliça II Elizabeth-in nəşi Windsor-dakı St. George Kilsəsinə aparılır. Britaniyanın ən uzun müddət hakimiyyətdə olan monarxı sentyabrın 8-də 96 yaşında Balmoral qəsrində vəfat edib.
ŞƏKLİN MƏNBƏYİ,UESLEI MARCELINO / REUTERS
Braziliyanın hazırkı prezidenti Luiz İnasio Lula da Silva prezident seçkiləri zamanı Kuritiba şəhərində keçirilən mitinqdə iştirak edir. O, siyasi spektrin əks qütbünü təmsil edən ifrat sağçı rəqibi - Jair Bolsonaro-nu cüzi üstünlüklə məğlub etməyə müvəffəq olub.
ŞƏKLİN MƏNBƏYİ,RICHARD PIERRIN / AFP
Haitidə hökumət əleyhinə etirazlar günlərlə davam edib. Benzin və dizelin kəskin bahalaşmasına görə hökuməti ittiham edən nümayişçilər Baş nazir Ariel Henry-nin istefasını tələb edirlər.
ŞƏKLİN MƏNBƏYİ,DIA IMAGES / GETTY IMAGES
İran hökumətinə qarşı etiraz əlaməti olaraq, saçlarını kəsdirən qadınlar dünya boyunca təşkil edilmiş nümayişlərə qatılıblar. İranda etirazlar 22 yaşlı Məhsa Əmininin "baş örtüyünü düzgün taxmadığına" görə əxlaq polisi tərəfindən saxlanılması və şübhəli şəkildə ölməsindən sonra başlayıb.
ŞƏKLİN MƏNBƏYİ,KEVIN FRAYER / GETTY IMAGES
Oktyabr ayında Çinin keçmiş lideri Kommunist Partiyasının qurultayı vaxtı zaldan çıxarılıb. Halsız görünən 79 yaşlı Hu Jintao Çin Xalq Respublikasının Sədri Xi Jinping-in yanında oturmuşdu. Hadisə ilə bağlı Çin hökuməti rəsmi açıqlama verməyib.
ŞƏKLİN MƏNBƏYİ,ANNA MONEYMAKER / GETTY IMAGES
ABŞ Prezidenti Joe Biden noyabrın əvvəlində ABŞ-da keçirilən aralıq seçkilərinə üç həftə qalmış Demokratik Milli Komitənin tədbirində çıxış edir. Arxa planda abort hüququnu dəstəkləyən qadınları görmək olar.
ŞƏKLİN MƏNBƏYİ,JOSEPH RIMKUS / REUTERS
ABŞ-ın NASA Kosmik Agentliyi noyabr ayında ən güclü Artemis 1 raketini fəzaya göndərib. Uzunluğu 100 metr olan raket Florida ştatındakı Kanaveral kosmodromundan havaya qalxıb.
ŞƏKLİN MƏNBƏYİ,BARBARA DEBOUT / AFP
Dekabr ayında Banquidə keçiriləcək ilk Mərkəzi Afrika Moda Həftəsi ərəfəsində yerli dizayner Victoire Kouroupe-nin geyimini sərgiləyən qadın model
ŞƏKLİN MƏNBƏYİ,SHAUN BOTTERILL / FIFA / GETTY IMAGES
Argentina 1986-cı ildə Dieqo Maradonanın çıxış etdiyi dünya çempionatından sonra ilk dəfə olaraq, Lionel Messi ilə Dünya Kubokuna sahib oldu.
ŞƏKLİN MƏNBƏYİ,ISABEL INFANTES / REUTERS
İspaniyanın Madrid şəhərində Santa Klaus geyimli insanlar aşağı gəlirli ailələrə kömək etmək üçün keçirilən xeyriyə yürüşünə qatılıblar.
ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Üç dəfə Dünya Kubokunu qazanan yeganə futbolçu, futbolun kralı sayılan Pele 82 yaşında vəfat edib.