Logo
news content
User
Kateqoriyalar

Xəbər

19 ukraynalı sərhədçi Rusiya əsirliyindən azad olunub

19 ukraynalı sərhədçi Rusiya əsirliyindən azad olunub.

Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin "Telegram" hesabında məlumat verilib.

"Uzun aylar davam edən rus əsirliyi arxada qaldı. 19 sərhədçi evə qayıdıb. Onları tibbi müayinə və reabilitasiya gözləyir. Amma əsas odur ki, onlar sağdırlar və evdədirlər", - məlumatda deyilir.