Logo
news content
User
Kateqoriyalar

Xəbər

16 yaşında eşqə düşdü, məktub yazıb evdən qaçdı...

Ağdamda fermada yaşayan qız tanışına qoşularaq evdən gedib.

Hadisə Ağdam rayon, Çəmənli kəndində yerləşən fermalardan birində qeydə alınıb.

16 yaşlı Aytac Elməddin qızı Ədilzadə tanışı Cavadzadə Əsəd İbrahim oğlu ilə ailə qurmaq məqsədilə yaşadığı evi tərk edərək qaçıb.

Məlumata görə, 2008-ci il təvəllüdlü Aytac Elməddin qızı Əlizadə 1997-ci il təvəllüdlü Əsəd İbrahim oğlu Cavadzadə ilə qaçıb. Onların əslində qonşu və aralarında sevgi münasibətləri olduğu bildirilib.

Məlum hadisə baş verən gün qız evdən qaçmadan öncə məktub yazıb.

Daxili İşlər Nazirliyi də bu hadisə ilə bağlı məlumat yayıb.

Qurumun Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, iyul ayının 6-da Ağdam rayonun Çəmənli kəndindəki fermadan 16 yaşlı qızın ailə qurmaq məqsədi ilə qaçırılması barəsində valideyni tərəfindən Ağdam Rayon Polis Şöbəsinə məlumat verilib:

"Hazırda polis əməkdaşları tərəfindən axtarış tədbirləri davam etdirilir".