Logo
news content
User
Kateqoriyalar

Xəbər

15 yaşlı rusiyalı idmançı yarışdan sonra nasist jesti etdi - Video

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Rusiyaya qarşı sanksiyalara görə İtaliya bayrağı altında yarışan rusiyalı Artem Severyuxinin nasist jesti ilə bağlı araşdırmaya başlayıb.

Severyuxin Portuqaliyada keçirilən kartinq üzrə Avropa çempionatının birinci mərhələsinin yarışında qalib gəlib.

Mükafatların təqdim edilməsi mərasimi zamanı Artem məşhur nasist salamı verib.



FIA bu barədə Severyuxini intizam məsuliyyətinə cəlb etmək istəyir.

Məlumat üçün bildirək ki, FİA-nın sponsoru Rusiyanın “Qazprom” şirkətidir.

Qeyd edək ki, bir çox məşhur yarışçılar və ekspertlər Severyuxinə ömürlük qadağa qoyulmasını tələb edirlər.