Logo
news content
User
Kateqoriyalar

Xəbər

13 yaşlı Astara sakini: "Biz də insanıq, köməklik etsinlər" - VİDEO


Astaranın Səlivə kəndində məktəb yoxdur.





Kəndin yolu olmadığından bura avtobus da işləmir.





Səlivənin 13 yaşlı sakini Zəhra İbrahimova təhsil almaq üçün hər gün qonşu Deqədi kəndinə gedir.




Ancaq Zəhra məktəb üçün hər səhər qonşu kəndlərə yollanan yeganə şagird deyil.





Bu kənddən onlarla uşaq hər gün təhsil almaq üçün qonşu Deqədi və Şüvi kənd məktəblərinə azı 4 kilometr piyada yol getməli olur.





Məktəblər yay tətilinə bağlansa da, Zəhra hər gün məktəbə necə getdiyini göstərmək üçün bizi təhsil aldığı Deqədi məktəbinə aparır.





O, yay tətilində daha çox ailəsinə ev işlərində yardım edir, ancaq dərslərini təkrarlamağa da vaxt tapır.





Zəhra istəyir ki, 7-ci sinifdə nəticələri yaxşı olsun. O həm də, kənd yolunun düzəlməsini və təmirli məktəbdə oxumağı arzulayır. (BBC)


https://www.youtube.com/watch?v=Qbd1DIzKRPk