113 yaşlı Kəlbəcər sakini: Doğma yurda dönmək mənə yaşamaq ruhu verir - VİDEO
16 Sentyabr 2025
"Kəlbəcərdən çıxanda 80 yaşım var idi. Şükür Allaha, ölmədim, bu günü gördüm".
Bunu sentyabrın 15-də Kəlbəcərə qayıdan 113 yaşlı Kəlbəcər sakini Xeyransa Baxşəliyeva deyib.
"Mən bura övladlarım, nəvələrim, nəticələlərim və kötücələrimlə gəlmişəm. Doğma yurda dönmək mənə yaşamaq ruhu verir. Həm də bu torpaqda, ata-anamın məzarının yanında dəfn olunacam. Bu günü bizə yaşadanlara Allah ömür versin. Allah şəhidlərimizə rəhmət eləsin, döyüşçülərimizi qorusun", - Xeyransa Baxşəliyeva bildirib.