Logo
news content
User
Kateqoriyalar

Xəbər

10 197 146 nəfər olduq

Azərbaycanda əhalisinin sayı bu ilin əvvəlindən 16 376 nəfər və ya 0,2 faiz artaraq 2024-cü il iyunun 1-nə 10 197 146 nəfərə çatıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumatda deyilir ki, əhalinin ümumi sayının 54,5 faizi şəhərlərdə, 45,5 faizi kəndlərdə yaşayır.  Ölkə əhalisinin 49,8 faizi kişilər, 50,2 faizi isə qadınlardır.