Logo
news content
User
Kateqoriyalar

İcmal

Cənub.az: “Qara maskalılar” Masallıya niyə tez-tez gəlirlər?

Müəllif: Zahir Əmənov (Masallı)

Sirr deyil ki, istənilən rayonun baş həkiminin fəaliyyətinə bir balaca “solaxay” nəzər salınsa, təxminən bu və digər, bəlkə, daha kəskin nöqsanlarla rastlaşmaq olar.

Bəs insanlar Cəlil müəllimə niyə bu qədər qəzəblidir?

Cəlil Nəzərovun bu 18 ildə doğrudanmı, heç yaxşı işi olmayıb?

Başlığa çıxartdığımız “Pərdəarxası” söhbətlərə aydınlıq gətirməzdən öncə yuxarıdakı sualları cavablandırmağa çalışacağam.

Cəlil Nəzərov 1956-ci ildə Masallı rayonunun Miyankü kəndində anadan olub. Hazırda da orada yaşayır. 2003-cü ilin əvvəlindən, 18 ildir ki, Masallı səhiyyəsinə rəhbərlik edib, 5 icra başçısı ilə işləyib (Azər Səfərov, Oqtay Əliyev, Qəzənfər Ağayev, Rafil Hüseynov və Şahin Məmmədovla). Masallı səhiyyəsinə rəhbərlik edənlər sırasında isə əvvəlki record - 17 il, hamının hörmətlə xatırladığı  Məcid Rəhimova məxsus idi. 

İndi isə “Cəlil Nəzərovun doğrudanmı heç yaxşı işi olmayıb?” sualına cavab verməyə çalışaq.

Cəlil müəllimi yaxından tanıyanlar, bəlkə də, hərdənbir görənlər onu olduqca gülərüz, şən insan kimi tanıyır. Hamının yaralı yeri səhiyyədə “yaxşı adam” olmaq çətin olsa da, Cəlil müəllimin ara-sıra xeyirxahlıq etdiyi adamlar olub. Xüsusən, koronovirusun tüğyan etdiyi vaxtlarda, hətta onu sevməyən bəzi səlahiyyətlilər də Cəlil müəllimin fədakarlıqla çalışdığını deyirdilər.

Bəlkə, mənim bilmədiyim yaxşılıqları da olub.

Amma təəssüf ki, ondan narazı olanlar o qədər çoxdur ki, adam yaxşı işləri deməyə də qorxur.

Cəlil Nəzərovun bəlaları nədən başladı?

Cəlil müəllimin “dayaqlarına” nəzər salsaq, onun kimi arxalısı çətin tapılar. Şöhrətli iş adamı, indi həbsdə olan Mübariz Mənsimovla həmkəndli, ailəvi gediş-gəlişi olan birisidir. Bundan əlavə, yaxın qohumu ölkənin çox nüfuzlu generallarındandır.

Cəlil müəllim tabeliyində insanlara qarşı nə qədər sərt, kobud, deyilənlərə görə, təhqiramiz olsa da, asılı olduğu adamlarla yüksək səviyyədə də dil tapmaq, onların xidmətində durmaq bacarığı var idi. 

Ancaq ona gələn bəlalar öncə yaxınlarından gəldi. 

  1. Belə ki, yeganə oğlunun bir neçə dəfə ağır maşın qəzaları törətməsi, bəzi olduqca xoşagəlməz əməllərlə məşğul olması ona maddi və mənəvi zərbələr vurdu və hələ də vurmaqdadır.
  2. “Pensiya əməliyyatları” onu çıxılmaz “dalana” dirəyib. Aramsız yayılan məlumatlara görə, Cəlil Nəzərov “haqq-hesabı” alsa da, yüzlərlə adamın pensiya işini həll edə bilmir. Özünün aldığı bir yana, ötürdüklərini nə geri ala, nə də sahmana sala bilir. Söhbət 100 min manatlarla məbləğdən gedir. Pensiya ilə bağlı qaydaların sərtləşdirilməsi onun işini daha da çətinləşdirir.
  3. Son bir ildə Cəlil Nəzərovun səhhətində olduqca kəskin fəsadlar baş verir. Onun ağır xəstəliyə tutulduğu haqqında ciddi söhbətlər dolaşır.
  4. Nəhayət, koronovirusla bağlı söz-söhbətlər. Bizə bir neçə mənbədə verilən məlumata görə, bu virusun nə qədər bəlaları olsa da, bəziləri üçün qazancı da az olmayıb.
Ölkə başçısının bu sahədə son xeyirxah sərəncamlarına görə, koronavirus xəstələri ilə məşğul olan həkimlərin, tibb işçilərinin əmək haqları 4-5 dəfə artırılmalıdır. Yəni, 250 manat alan tibb işçisi, azı 1000 manat əlavə almalıdır. Həmin ödənişlərin ödənilməsi Cəlil Nəzərovun saxlanması ilə eyni günə düşüb. Məhz bu sahədə ciddi saxtakarlıq olduğu və digər istiqamətdə saxtakarlıqların baş verməsi, eləcə də pensiya əməliyyatları ilə bağlı kütləvi şikayətlər Cəlil Nəzərovun “qara maskalılar”la görüşünü labüd edib.
  1. Bu olayın onun həmkəndlisi və yaxını Mübariz Mənsimovla bağlı olduğunu düşünənlər də var.
Yayılan məlumatlara görə, Cəlil Nəzərov bir ilə yaxındır ki, vəzifədən könüllü getmək istəyirmiş. Lakin “pensiya əməliyyatlarında” açıq qalmış “yaralar” buna imkan verməyib. Ötən il, səhiyyə işçilərinin ənənəvi bayram ərəfəsində Cəlil Nəzərovun “Əməkdar həkim” adına layiq görülməsi isə onu daha da ürəkləndirib və hələlik vəzifəsində qalıb köhnə günahlarını yumağa şans verib.“Qara maskalılar”ın Masallıya tez-tez gəlişi bizə nə verir?Son bir ildə “qara maskalılar” Masallıya 3 dəfə səfər edib. İlk dəfə Masallıda DSMF-nin rayon şöbəsinin qapısını döydülər. Bu şöbədə “Ünvanlı yardımlar üzrə” saxtakarlıq simvolu kimi tanınan həmin təşkilatın Mətləb adlı məsul işçini hay-küylə apardılar, sonra buraxdılar, sonra yenə apardılar, deyilənə görə, hazırda yenə evindədir.Bundan bir neçə ay sonra rayonun Qarğalıq Ərazi Dairəsinə 30 ildən artıq rəhbərlik etmiş Sübhan Zaliyevi də 65 yaşı tamam olan ərəfədə həmin maskalılar apardı, hələ də həbsdədir. Bu iki olay haqqında ancaq cenub.az məlumat yazsa da, rəsmi qurumlar nə yazılanları təkzib etdi, nə də digərləri kimi video məlumatlar yaydı.

Bu da üçüncüsü. Cəlil Nəzərovun gözlənilən süqutu. Dünən yazdığımız məlumatlar rəsmi təsdiqini tapdı.
Xüsusi qeyd. Belə bir fikir var ki, inqilab yolları hamarlamır, daha da kələ-kötür edir. Gözlənilənlər odur ki, bir neçə nəfərin neçə illər qazandığı cəhənnəmə gedəcək, ölkə başçısı demişkən, gorbagor olacaq, bəzi kosmetik dəyişikliklər istisna olmaqla, köklü dəyişikliklər olmayacaq.Ən son məlumatlarYenə də əldə rəsmi məlumat olmadığından yalnız deyilənlərə əsasən bildiririk ki, olay yanvarın 22-si günorta saatlarında baş verib. Xəstəxananın qarşısında Cəlil Nəzərov çay içərkən, ona qəfil zəng gəlir və o, təcili Bakıya yollanır. Yarıyolda onun maşını saxlanılır. Maşında çoxlu pul olduğu barədə də məlumatlar dolaşır. Daha sonra Mərkəzi Xəstəxananın mühasibi ilə birlikdə saxlanılır. Hazırda baş mühasibin xəstəxanada iş başında olduğu bildirilir. Cəlil Nəzərovun isə saxlanıldıqdan sonra səhhətinə görə BakIya aparılmadığı, Masallıda, təcridxanada saxlanıldığı haqqında məlumatlar dolaşır.Dolaşan məlumatlar sırasında Cəlil Nəzərovun himayəsində olan Gəmo istirahət mərkəzinin və rayon mərkəzindəki poliklinika binasının satışa çıxarıldığı haqq söz-söhbət də var.Masallı Mərkəzi Xəstəxanası isə hazırda sanki sahibsizdir. Baş həkimin müavini Asif Əliyev uzun müddətdir ki, ciddi xəstəliklə bağlı işə təsadüfü hallarda çıxdığı, baş həkimin baş mühasibin həbs təhlükəsi ilə üz-üz qaldığı zamanda birmənalı demək olar ki, Masallı səhiyyəsi “xəstədir”.Bütün hallarda Allah işləri yaxşılığa doğru yozsun. Həmin “yaxşılığı” isə hərə öz marağına, öz düşüncəsinə uyğun yozur. Necə deyərlər, “Bir qadına xəyanətdir, bir gözələ məhəbbətim”.(Məqalənin orijinalı: Cənub.az)