Ya öldürür, ya da öldürərək yaşadır...
Sürətlə artan insult bəlasından necə qorunmalı?
15 İyul 2024
Azərbaycanda da kifayət qədər yayılmış insult xəstəliyi durmadan can almağa davam edir. Bir müddət öncə tanınmış jurnalist Sərxan Kamallı da insultun qurbanı oldu. Hamının sevimlisi olan Sərxan bəyin qəfil ölüm hər kəsi dərindən sarsıtdı.
Bundan bir müddət əvvəl - iyunun 5-də Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun əməkdaşı, tanınmış vəkil Mübariz Məmmədov da insultdan dünyasını dəyişmişdi.
Təəssüf ki, siyahı uzundur, saymaqla bitmir...
İnsult nədir? Hansı növləri var? Onu yaradan risk faktorları hansılardır? İnsultun əlamətləri nələrdir? Müalicəsi necə aparılır? Hansı hallarda ölümlə nəticələnir? İnsultun daha çox artmasına hansı amillər təsir göstərir? İnsanlar insultdan necə qorunmalı, nələrə diqqət etməlidir?
Mövzu ilə bağlı Pressklub.az saytına danışan nevroloq Rəna Abbasova bildirib ki, işemik insult beynin qan dövranının pozulmasıdır.
“Beyin damarlarının tıxanması nəticəsində beynin hansısa bir sahəsində qidalanma pozulması baş verir. Bunun səbəbi kardiogen (ürəyin fəaliyyətinin pozulması), boyunda yerləşən ana damarların kirə...