Logo
news content
premium image
Kateqoriyalar

Araşdırma

Küskün dahi: “molla”, “erməni”, “kəşfiyyat şefi”, “Qəmlo”... - XATİRƏ
Bu gün Məlik Dadaşovun 100 illik yubileydir – səssiz-səmirsiz...

...Bir vaxtlar müəllimi Adil İsgəndərov “Axırıncı aşırım” filmində Kərbəlayi roluna görə ona verilən mükafatdan imtina edərək, “Bu mükafat Qəmlo obrazına görə, Məlik Dadaşova düşür” demişdi...

İstedadlı adamları heç vaxt ətrafdakılar, onları əhatə edən mühit birmənalı qarşılamır. Onlar haqqında ziddiyyətli fikirlər dolaşır. İstedadlı adamlara qısqanclıqdan, paxıllıqdan badalaq vurulur, bu badalaqlar uğuru ləngidirsə də, qarşını ala bilmir. Adam yaranışından istedadlıdırsa, onun gördüyü ən xırda iş də gözə sanballı gələcək, özünü büruzə verəcək və zaman keçdikcə o şəxs artıq heç nə etməsə belə, adı bəs edəcək ki, ətrafdakıların qısqanclığı birə-beş artsın. Söhbət mədəniyyət aləmindən gedirsə, mədəniyyətin səlahiyyətliləri də o adamın varlığını nə dana bilir, nə də qəbul edə, çünki bu adam özünü yoxmuş kimi apara bilmir, hər addımında “varam” deyir. Onu həm sevənlər çoxdur, həm də sevməyənlər də. 

...Sənətində misilsiz uğurları vardı, oynadığı hər bir obraz şedevr olurdu, bu onun özündən asılı deyildi, genindən, qanından gəlirdi, istedadlı idi adam. Amma ona veriləcək rolu əlinə çathaçatda qamarlayıb alardılar, yüksək bir kürsüyə gedərkən onu badalaq vurub yıxırdılar, başqasını göndərərdilər o yerə. Bütün bunlar onun xarakterinə pis təsir göstərirdi...

Bakıda, neft sənayesində Nobellərlə birgə bir azərbaycanlı da çalışırmış - Yusif  Dadaşov.  Xanımı evdar qadın idi, üç oğul böyüdüb, tərbiyə edirdi. Uşaqların sonbeşiyi Məlik idi. Atası Şöklü Məliyin şərəfinə onun adını belə qoymuşd...

lock icon

Yazını tam oxumaq üçün