Logo
news content
User
Kateqoriyalar

Analitika

Ulduzlar koronaya qarşı

Rusiya, İtaliya, Fransa, Böyük Britaniya, İspaniya, Danimarka, Azərbaycan, Gürcüstan, Qazaxıstan, İran, Moldova, Belarus, Qırğızıstan, Ukrayna, Latviya və digər ölkələrin tanınmış ifaçıları aprelin 11-də "Ulduzlar koronaya qarşı. Musiqi birləşdirir!" telemarafonuna qoşulacaqlar.

Onlar koronavirusa görə özünütəcrid şəraitində ilk dəfə evdən belə böyük konsert proqramı ilə çıxış edəcəklər.

Beynəlxalq super-marafonun premyerası MUZ-TV musiqi kanalının efirində baş tutacaq.

Sənətçilər, prodüserlər, televiziya aparıcıları, teatr və kino aktyorları, idmançılar, həkimlər "antivirus" əhval-ruhiyyələrini karantində olanlarla bölüşəcəklər və insanlara dəstəklərini ifadə edəcəklər, izləyicilərə özünütəcrid şəraitində günlərini necə keçirdiklərindən danışacaqlar, fikir və təkliflərini çatdıracaqlar.

Veriliş yalnız karantində olan insanlara deyil, həm də koronavirus infeksiyasının yayılması ilə mübarizə aparan həkimlərə dəstək məqsədi daşıyır.

Marafonu tanınmış şoumen Maksim Qalkin idarə edəcək.

Gülnarə Rəhimova