Logo
news content
User
Kateqoriyalar

Analitika

“Tarixin dəfni” dayandırıldı: Gəncə qalası xilas olunur - VİDEO

Qədim Gəncə arxeoloji kompleksinin zibilliyə çevrildiyi, yüzillərlə yaşı olan qala divarlarının qalıqlarının tullantılar altında basdırıldığı barədə old.old.pressklub.az son aylarda iki yazı ilə çıxış edib (Tarixi Gəncə zibil altında basdırılır” və “Gəncədə vandalizm).  Həmin materiallarda əlaqədar dövlət orqanlarının bu problemə diqqət ayırmadığı bildirilir, tariximizin mühüm bir parçasının məsuliyyətsiz şəkildə yer üzündə silindiyi barədə narahatlıq ifadə olunurdu. Gəncə ziyalılarının və şəhər ictimaiyyəti nümayəndələrinin bu məsələyə diqqət çəkmək üçün cəhdlər etdikləri qeyd olunurdu. 

Nəhayət, mövzu aidiyyatı qurumların diqqətinə çatıb və ərazidə aparılan işlər dayandırılıb, tarixi abidənin qalıqlarının sonadək məhv edilməsinin qarşısı alınıb. Bu barədə Gəncə İctimai İştirakçılıq Məclisinin sosial şəbəkələrdə yaydığı videomaterialda bildirilir. 

“Gəncə İctimai İştirakçılıq Məclisinin qaldırdığı problemin həll edilməsi istiqamətində Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən ilkin işlərə başlanılıb. Çox ümid edirik ki, bu ilk addım uzun illərdir zibillik içində basdırılan Qədim Gəncə Qalasının xilası üçün bir başlanğıc olacaq və məsələyə birbaşa aidiyyatı olan qurumlar kənarda dayanmaq əvəzinə, hökumət qarşısında real təşəbbüs qaldıracaq, başıbəlalı Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu, nəhayət ki, tam olaraq təmizlənəcək, lazımı səviyyədə qorunacaq və burada böyük arxeoloji ekspedisiya təşkil ediləcək” – açıqlamada qeyd edilir. 

Press Klub

Video bu linkdə:

https://fb.watch/adoJrTkNMC/