Logo
news content
User
Kateqoriyalar

Analitika

“Şirə kralları”nın Bakı şousu

Avrasiya, o cümlədən yerli meyvə-tərəvəz məhsulları istehsalçılarının beynəlxalq bazara çıxışını dəstəkləmək məqsədilə dünyanın “şirə kralları” Azərbaycana toplaşmışdılar. Onların “Avrasiya Yol Şousu” Amerika Ticarət Palatası (AmCham Azərbaycan) və USAİD-in birgə təşkilatçılığı, “Coca-Cola” şirkətinin dəstəyi ilə keçirilirdi. Şirə Sənayesi Beynəlxalq Assosiasiyasının (SGF International E.V.) və Beynəlxalq Meyvə-Tərəvəz Şirələri Birliyinin (IFU) indiyədək üç belə Forumu olub. Əvvəlki forumlar 2016-cı ildə Latın Amerikası, 2017-ci ildə Asiya, 2018-ci ildə Afrika qitələrində keçirilib.

İFU prezidenti Dirk Lansbergen və SGF baş meneceri xanım Aleksandra Heinermann Press klubun suallarını cavablandırdı.

SGF baş meneceri Aleksandra Heinermann

- Azərbaycanda keçirdiyiniz tədbirə nə kimiəhəmiyyət verirsiniz?Dirk Lansbergen:

Biz IFU olaraq ilk dəfə Bakıya, Azərbaycana gəldik. Beynəlxalq qurumlarda şirə sənayesini ən yaxşı şəkildə təmsil edə bilməyimiz üçün dünyanın bütün ölkələrindən üzvlərimizin olması çox vacibdir. Azərbaycandan üzvlərimiz yoxdur. Buradakı istehsalçılarla danışmaq və dünyada şirə sənayesinin maraqlarını qorumağa kömək edəcək yeni üzvlər tapmaq üçün Forum dəyərli şansdır.

Aleksandra Heinermann: Bəli, Azərbaycana ilk səfərimizdir. Bildiyimizə görə, ölkədə şirə bazarı inkişaf etməkdədir, ona görə buraya gəlmək qərarı verdik. Ümid edirik ki, tədbirimiz çox uğurlu hadisə olacaq.

- Bəs yerli istehsalçılara bu Forum və seminar nə kimi imkanlar yaradacaq?

Dirk Lansbergen: Ən böyük üstünlüklərdən biri də məlumat mübadiləsinin olmasıdır. Bizim təşkilatda, həmçinin SGF-də geniş biliklər vardır, yerli istehsalçılara isə məhz belə biliklər çatışmır. Bu məlumatdan istifadə şansı, ehtimal ki, istehsalçılar üçün çox faydalıdır. Bundan başqa, bizim tədbirlərimiz – şəbəkə tədbirləridir və orada siz insanlarla tanış olmaq, suallarınıza kimin cavab verəcəyini öyrənmək imkanı qazanırsınız. IFU və SGF kimi qurumların sizə kömək edə biləcək qlobal şəbəkələri var.

Aleksandra Heinermann: Bizim ötürmək istədiyimiz əsas şeylər şirələr haqqında ümumi biliklər, eyni zamanda analitik metodlar haqqında məlumatlardır. Məhsulu necə emal etməli, dünyada keyfiyyət və orijinallığı təmin etmək üçün nə tələb olunur, qida təhlükəsizliyi niyə bu qədər vacibdir, necə edək ki, gələcəkdə qida məhsulları sahəsində saxtakarlıqlarla üzləşməyək, bütün bazar iştirakçılarının bərabər səviyyətinə rəqabət aparmasına nail olaq.