Logo
news content
User
Kateqoriyalar

Analitika

Qum millət vəkili: “Koronavirusdan 50 nəfər ölüb“

“Koronavirusdan ölənlərin sayı 50 nəfərə çatıb.”

İRNA agentliyinin xəbərinə görə, bunu İran parlamentinin Qumdan olan üzvü Əhməd Əmirabadi deyib. O, Qum şəhərinin karantin zonası elan edilməsini tələb edib.

Açıqlamadan sonra Ə.Əmirabadinin halı pisləşib. Onu parlamentin iclas salonundan çıxarıblar və oturduğu kreslo dezinfeksiya olunub.

Qeyd edək ki, Qum Tibb Elmləri Universitetinin rektoru Məhəmməd Rza Qədir virusa yoluxma şübhəsi ilə karantinə alınıb.

İran hökumətinin bu gün – fevralın 24-də, səhər verdiyi rəsmi məlumata görə isə ölənlərin sayı 12, virusa yoluxanların sayı 47 nəfərdir.

Press Klub