Logo
news content
User
Kateqoriyalar

Analitika

Prezident Ərdoğandan ermənilərə 24 aprel mesajı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələrinin növbəti ildönümü ilə əlaqədar Türkiyə ermənilərinin patriarxı Sahak Maşalyana məktub göndərib.

Məktubda deyilir:

“Türkiyə ermənilərinin patriarxı, hörmətli Sahak Maşalyan və erməni icmasının çox dəyərli üzvləri.

Sizləri sevgi və hörmətlə salamlayıram. Bütün dünya ilə birlikdə içindən keçdiyimiz bu çətin günlərdə vətəndaşlarımız arasındakı həmrəylik güclənərək davam edir. Daha da yaxınlaşmış, birlik-bərabərlik duyğuları daha da güclənmiş olaraq sabahlara çatmağı Cənabi-Haqdan niyaz edirəm.

Dünya xalqlarına böyük acılar yaşatmış Birinci Dünya Müharibəsinin ağır şərtlərində həyatını itirən Osmanlı ermənilərini hörmətlə anır, nəvələrinə səmimi olaraq başsağlığı verirəm. Bu acı dönəmdə həyatını itirən bütün Osmanlı vətəndaşlarına Allahdan rəhmət diləyirəm. Biz inancına, kimliyinə görə tək bir vətəndaşımızın belə özgələşdirilməsinə əsla izn vermədik, verməyəcəyik! Keçmişdən yalnız dostluq və eyni yüksək insanlıq idealı üçün güc alaraq gələcəyi birlikdə inşa etmək hamımızın ortaq məqsədidir. Anadolunun bağrından doğulmuş birliyimizi görməzdən gələrək tarixdən düşmənçilik çıxarmağa çalışan çevrələr hamımızın məlumudur. Biz birlik, rifah və hüzur dolu bir gələcək istərkən və bunun üçün çalışarkən, niyyəti başqa olan çevrələrə fürsət verilməməsi ən önəmli diləyimizdir. Bu düşüncələrlə Birinci Dünya Müharibəsində itirdiyimiz Osmanlı ermənilərini bir daha sayğı və rəhmətlə anır, hamınıza sağlamlıq və xoşbəxtlik arzulayıram.”

Press Klub