Logo
news content
User
Kateqoriyalar

Analitika

Nazirlik: Dərs ilinin uzadılması nəzərdə tutulmur

“Hazırkı vəziyyətdə dərs ilinin uzadılması nəzərdə tutulmur. Buraxılmış dərslərin beş günlük tədris həftəsi ilə işləyən məktəblərdə dörd gün, altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə beş gün kompensasiya edilməsi barədə tövsiyələr hazırlanır.”

Bunu sorğumuza cavab olaraq Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirdi. O qeyd etdi ki, kompensasiyanın təqvim-tematik planlara yenidən baxılmaqla fənlər üzrə yaxın mövzuların birləşdirilməsi, proqram materialının optimallaşdırılması və intensiv tədrisi hesabına edilməsi nəzərdə tutulur: "Həmin müddətdə, yəni 3-9 mart tarixlərində, pedaqoji və tədrisə yardımçı heyətin məktəbdə olmasına ehtiyac yoxdur. Yalnız məktəbdə aparılacaq tibbi-profilaktik və dezinfeksiya işlərinə cəlb olunan texniki heyət məktəbdə müvəqqəti ola bilər".

Nazirlik rəsmisi onu da əlavə etdi ki, Novruz bayramı ilə əlaqədar istirahət günləri (20-24 mart) bütün təhsil müəssisələrinə aiddir.

Təhsil Nazirliyi tərəfindən valideynlərə tövsiyələr də hazırlanıb. Həmin tövsiyələr yerli təhsili idarəetmə orqanları, həmçinin sosial media vasitəsilə pedaqoji kollektivlərə və valideynlərə çatdırılıb.

Ülviyyə Şahin