Logo
news content
User
Kateqoriyalar

Analitika

Gələn il Xocalıya yürüş keçirək!

Fevralın 26-da İsveçin paytaxtı Stokholmda “Xocalıya ədalət” çağırışı ilə yürüş keçirilib. Azərbaycanlılar, türklər, uyğurlar, onlara qoşulmuş isveçlilər bayraqlar və şüarlarla şəhərin küçələrindən, parlamentin və kral sarayının qarşısından keçərək mərkəzi meydanda toplaşıblar. Axşam isə İsveç İctimai televiziyasında litvalı kinematoqrafçıların Xocalıya həsr olunmuş “Sonsuz dəhliz” tammetrajlı sənədli filmi nümayiş etdirilib. Filmə Avropada yüz minlərlə insan baxıb.

[embed]