Logo
news content
User
Kateqoriyalar

Analitika

Ermənistan təsdiqlədi: “İki post itirilib, ölənlər və yaralılar var”
Sərhəddə gərginlik davam edir

“Erməni hərbi qulluqçularının qorxu və təşviş içində mövqelərini tərk etməsi, şəxsi heyəti arasında çaxnaşma müşahidə edilir”. Bu məlumat Azərbaycan Müdafiə Nazirliyinin az öncə Ermənistanla sərhəddə yaranmış vəziyyətə dair bəyanatında yer alıb. Bəyanatda bildirilirdi ki, Ermənistan silahlı qüvvələrinin sərhəd boyu cəmləşdirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır. “Qarşı tərəfə məxsus döyüş texnikası sıradan çıxarılıb. Əməliyyat taktiki üstünlük Azərbaycan Ordusunun bölmələri tərəfindədir”.

Bundan az sonra isə Ermənistan Müdafiə Nazirliyi döyüş mövqeyindəki itkiləri təsdiqləyən məlumat yayıb. old.old.pressklub.az xəbər verir ki, məlumatda Ermənistan silahlı qüvvələrinin canlı itki verdiyi, yaralıların olduğu və iki döyüş postunun itirildiyi təsdiqlənib.