Logo
news content
User
Kateqoriyalar

Analitika

“Ermənistan-Rusiya münasibətləri barədə xeyli miflər var...”
Paşinyanın Zəngəzur dəhlizi barədə açıqlaması “xoruzun quyruğu”nu göstərir

Zəngəzur dəhlizi məsələsi Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının gündəliyindən çıxarılsa da, öz aktuallığını qoruyur. Region ölkələrinin marağını özündə birləşdirən, İrandan tutmuş ta Rusiyanın, hətta Türkiyənin belə maraq dairəsində olan bu məsələ barədə son günlər mübahisə və müzakirələr yenidən güclənib. 

Əvvəlcə onu xatırladaq ki, ötən həftə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu da Zəngəzur dəhlizi ilə bağlı diqqətçəkən açıqlama vermişdi. Nazir bildirmişdi ki, Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars xəttinə alternativ və ya onun imkanlarını artıracaq marşrutdur. Bu, Xəzərdən Azərbaycan, Ermənistana və ya İrana, oradan da Naxçıvana və Türkiyəyə qədər uzanan yol xəttinin planlaşdırıldığı layihədir. "Xətt İrandan keçəcək, ya Ermənistandan?" sualını isə hökumət üzvü belə cavablandırıb: "Danışıqları Azərbaycan tərəfi aparır, İranla da bağlı xeyli irəliləyiş var, həmçinin Ermənistanın mövqeyində də müsbət yöndə inkişafın olduğunu son günlər müşahidə edirik. Qarşıdakı proseslərdə hər şeyə aydınlıq gələcək”. 

Ermənistanın Baş naziri Nikol Paşinyan isə mətbuat konfransında bildirdi ki, Ermənistanın Sünik vilayətindən keçən yola (Zəngəzur dəhlizi-red.) nəzarət funksiyası Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) verilə bilər. 

Maraqlıdır, son 4 ildə Rusiya ilə Ermənistanın münasibətlərinin gərginləşməsinin “memarı” olan, Zəngəzur dəhlizinə nəzarətin “Ermənistanın suverenliyinə müdaxilə” elan edən baş nazir bu açıqlaması ilə nə demək istəyir? 

Ümumiyyətlə, son aylarda Paşinyan, ənənəvi ampluasından fərqli addımlar ataraq, Rusiyaya münasibətdə pozitiv reveranslar nümayiş etdirir. Məsələn:

  • Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında, bundan əvvəlki oxşar toplantılardan fərqli olaraq, fəal iştirak edir; 
  • “Qərbpərəst” siyasətçi sayılsa da, ölkəsinin Rusiya ilə ticarət dövriyyəsinin şübhəli artımı barədə susmağa üstünlük verir; 
  • Rusiyanın Kazan şəhərində təşkil olunacaq BRICS sammitində iştirak edəcəyini bildirir;
  • Nəhayət, Zəngəzur yoluna, öz sözləri ilə desək, monitorinq formasında Rusiya FTX-nın nəzarətini mümkün sayır...  

Mövzu ilə bağlı Pressklub.az-a danışan politoloq Xaqani Cəfərlinin sözlərinə görə, Paşinyanın bu açıqlaması vaxt udmağa hesablanıb: “Məncə, Cənubi Qafqazla bağlı, o cümlədən Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi, Zəngəzur dəhlizi kimi məsələlərə 5 noyabrda ABŞ-də keçiriləcək seçkilərdən sonra aydınlıq gələcək. Ona qədər bölgə dövlətləri vaxt udmağa çalışır. Digər tərəfdən, Rusiya ilə Ukrayna arasında müharibə, İsraillə İran arasında münaqişə bölgədəki bütün siyasi proseslərə təsir edir, o cümlədən baş verən bütün proseslər bölgənin siyasi coğrafiyasını da dəyişə bilər. Ona görə də bu məsələlərə aydınlıq gəlmədən bölgə dövlətləri qəti addımlar atmayacaq. Bunun üçün də belə siyasi manevrlər etmək lazım gəlir”. 

 

Müsahibimiz deyir ki, Türkiyə rəsmilərinin belə açıqlamaları isə Ankaranın imkanları ilə üst-üstə düşmür. Türkiyə Rusiya və İranın razı olmadığı layihəni həyata keçirmək iqtidarında deyil. Ona görə də Türkiyə rəsmilərinin açıqlamaları daha çox Ankaranın da bölgədə gedən proseslərdə iştirak etdiyini, həmçinin Azərbaycanla müttəfiqliyini göstərməyə xidmət edir. Zəngəzur dəhlizi əhəmiyyətli nəqliyyat dəhlizlərindən biri ola bilər. Amma bunun üçün bölgənin taleyinə aydınlıq gəlməlidir. Cənubi Qafqaz Rusiyanın təsir dairəsində qalacaqsa, Zəngəzur dəhlizinin də taleyi Rusiyadan asılı olacaq. Bu isə o deməkdir ki, böyük əhəmiyyətli nəqliyyat dəhlizi olmayacaq. Rusiyanın təcridi davam etsə, o zaman Zəngəzur dəhlizinin effekti ola bilər. 

“Ermənistanın Rusiya ilə münasibətləri ilə bağlı kifayət qədər ciddi miflər var. Ermənistanın Rusiya ilə münasibətlərinin pisləşməsini hamı deyir. Əsasən də qərb və erməni mətbuatı bununla bağlı yazır. Amma ticarət dövriyyələri son iki ildə 4 dəfədən çox artıb. Bu il 12-14 milyard dollara çatacaq. Yəni bu, o deməkdir ki, Rusiya ilə Ermənistan arasında kifayət qədər münbit münasibətlər var”.

 

Bu sözləri isə saytımıza açıqlamasında REAL partiyasının sədri Natiq Cəfərli deyib. 

 

Onun sözlərinə görə, Ermənistan Rusiyaya sanksiyalardan yan keçməyə ən çox yardım edən ölkələrdən biridir. Bunu Rusiya da bilir və qiymətləndirir. Bəzən media və rəsmilər səviyyəsində sözlü davalar və atışmalar olur, amma reallıq onu deyir ki, Ermənistan və Rusiya arasında real münasibətlər heç də pis deyil. Sadəcə, Ermənistan bəzi addımlarını qərbpərəst kimi “satmağa” nail ola bilib. Məsələn, KTMT-də iştirak etmir, dondurub, qərb də bunu alqışlayır. Amma faktiki olaraq, KTMT ölü bir qurumdur və heç bir fəaliyyəti yoxdur: “Bu gün Rusiyanın beynəlxalq səviyyədə tanınan ərazisi Kurskda müharibə gedir. Kurskun 1400 kvadrat kilometr olan ərazisi Ukrayna ordusunun nəzarəti altındadır. KTMT qaydalarına görə, bura üzv olan ölkələr Rusiyaya yardım etməli idilər, amma biz bunu görmürük. Deməli, KTMT onsuz da ölü bir təşkilat idi. Ermənistanın da orada üzvlüyünü dondurması qərbə baha satılan bir materialdır.”

 

Zəngəzur dəhlizi məsələsinə gəldikdə, REAL sədri hesab edir ki, Azərbaycan üçün fərqi yoxdur ki, o İran üzərindən açılsın, ya Ermənistan. Bu gün dəhlizin İran üzərindən açılması ilə bağlı işlər gedir. Ermənistan isə onun üzərindən də açıla bilər. “Burada bir ölkədən asılı qalmaq doğru deyil. Həm İrandan, həm də Ermənistan üzərindən keçməsi daha doğru bir yanaşmadır” – partiya sədri bildirir.

 

Burla