Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski: ABŞ Ukraynanı kəşfiyyat məlumatlarını dayandırmaqla hədələyib

ABŞ Ukraynanı Rusiyanın neft emalı zavodlarına zərbələrə görə kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaq ehtimalı barədə xəbərdar edib, lakin hələlik bu baş verməyib.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski NPR-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ administrasiyası Ukraynanın Rusiyanın neft emalı zavodlarına uzaqmənzilli dron hücumlarını davam etdirməsi halında kəşfiyyat məlumatlarının paylaşılmasını dayandıra biləcəyi barədə xəbərdarlıq edib.