Logo
news content
User
Kateqoriyalar

Analitika

Böyük ticarət mərkəzləri bağlanacaqmı?

Ülviyyə Şahin

Koronavirusun yayılması ilə əlaqədar Azərbaycanda bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb, kinoteatrların, muzey və teatrların, əyləncə mərkəzlərinin, idman zallarının fəaliyyəti müvəqqəti dayandırılıb. Lakin bu qərar hələ ki böyük ticarət mərkəzlərinə (mall) aid deyil. Halbuki buralar insanların ən sıx toplaşdığı yerlərdir.

“28 Mall”, “Gənclik Mall” və “Port Baku”nun mətbuat xidmətindən bildirdilər ki, onların fəaliyyətinin tamamilə dayandırılması barədə Operativ Qərargahdan hər hansı göstəriş almayıblar: “Uşaq əyləncə mərkəzləri, boulinq kimi əyləncə sahələri fəaliyyət göstərmir. Demək olar ki, hamısının fəaliyyəti dayandırılıb. Restoran və kafelər isə 21:00-dan sonra bağlanır.”

“Mall”ların daxilində olan supermarket, aptek və geyim mağazaları da fəaliyyətini davam etdirir. “Bunlarla əlaqədar hələ heç bir göstəriş almamışıq”, – deyə mətbuat xidmətindən qeyd etdilər.