Logo
news content
User
Kateqoriyalar

Analitika

Böyük Media Qanunu layihəsinə ekspertlərdən mühüm təkliflər 

Ötən həftə Milli Məclisin nümayəndələri və əlaqəli qurumların rəhbərləri Media Qanunu layihəsini bir qrup KİV rəhbəri və media eksperti ilə müzakirə ediblər. Layihəyə düzəliş təklifləri çox olduğu və bir sıra hallarda konseptual mahiyyət daşıdığı üçün müzakirələr nəticəsində onların yazılı şəkildə təqdim edilməsi qərara alınıb. 

Media ekspertləri Mehman Əliyevin, Qulu Məhərrəmlinin, Elçin Şıxlının, Arif Əliyevin, Osman Gündüzün rəylərini nəzərə almaqla, media hüququ üzrə mütəxəssislər Ələsgər Məmmədli və Xalid Ağəliyev həmin təklifləri ümumiləşdirərək, dekabrın 27-də Milli Məclisin müvafiq komitəsinə göndəriblər. Burada 78 maddəlik qanun layihəsinin 40-dək maddəsinə diqqət yetirilib. Onlardan bəzilərinin çıxarılması, diğərlərinin yeni redaksiyada verilməsi, yaxud dəyişdirilməsi barədə məsələ qaldırılaraq əsaslandırılıb. 

Media ekspertləri ümidvar olduqlarını bildiriblər ki, onların təklifləri öyrəniləcək, layihə indiki vəziyyətdə tələsik 3-cü oxunuşa çıxarılaraq təsdiq edilməyəcək və beynəlxalq standartlara, prinsiplərə uyğun olan, media azadlığını və jurnalist fəaliyyətini təhdid etməyən yeni qanun layihəsinin qəbul olunması imkanı əldən verilməyəcək. 

Press klub