Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünya Çempionatı: Ronaldo qrup mərhələsinin ən zəif futbolçuları sırasında

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo dünya çempionatının qrup mərhələsinin ən zəif futbolçuları sırasındadır.

Heyətdə qapıçı Meşal Barşim (Qətər), müdafiəçilər Homam Ahmed (Qətər), Fransisko Kalvo, Oskar Duarte (hər ikisi Kosta-Rika), Alister Conston (Kanada), yarımmüdafiəçilər Tajon Buşanan (Kanada), Abdulel Al-Malki (Səudiyyə Ərəbistanı), Kərim Budaif (Qətər), Metyu Leki (Avstraliya), hücumçular Almoez Ali (Qətər) və Kriştianu Ronaldo yer alıblar.

Qətərdə təşkil olunan dünya çempionatı Ronaldonun karyerasında 5-ci mundialdır. Portuqaliya seçməsi turnirin 1/8 final mərhələsində İsveçrə yığması ilə üz-üzə gələcək.