Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanlının Kanadada yaradılmış Sİ platforması neft-qaz və inşaat sahələrində hesabatlara böyük yenilik gətirir!

Kanadada azərbaycanlı sahibkar Nazim Rəhimovun şirkətinin hazırladığı inqilabi Sİ (süni intellekt) platforması texnologiya sahəsində yeni dalğa yaradır. "Site Report Builder" (SR) adlı bu platforma inşaat və əsasən neft-qaz sektorunda icra vəziyyətinin yoxlanılması, monitorinq aparılaraq hesabat yazılması üçün peşəkarların vaxtına azı 87% qənaət edəcək, yoxlamaların keyfiyyətini ən yüksək həddə çatdıracaq.

Neft və qaz sektorunda əməliyyatların optimallaşdırılması

Neft və qaz sənayesi Azərbaycan iqtisadiyyatının sütunudur. SR bu sektorda çalışan  şirkətlər üçün unikal həll təklif edir. Sahə mühəndislərinin hesabatlar yazmağa sərf etdikləri vaxtı istehsalı optimallaşdırmağa və ya vacib təhlükəsizlik məsələləri ilə məşğul olmağa sərf etməklərinin verəcəyi effekti təsəvvürünüzə gətirin. SR bunu gerçək edir.

Sahə səfərlərinin əyani hesabatlara çevrilməsi

Neft və qaz sektorunda olduğu kimi, tikinti sahəsində də peşəkarlar yoxlamalara, qiymətləndirmələrə və ətraf mühitin monitorinqi üzrə hesabatlar yazmağa böyük vaxt sərf edirlər. "Site Report Builder"-in Sİ mühərriki yerində çəkilmiş şəkilləri, videoları dərindən təhlil edir. O, sənaye texnologiyalarını, terminologiyalarını olduqca dəqiq mənimsəyir, tanıyır. Zaman damğaları ilə vaxtaşırı çəkilmiş şəkillər, videolentlər, şərhlər əsasında ən qısa müddətdə tam hesabatlar yaradaraq, tərcümə edir.

Azərbaycanın neft-qaz və tikinti sahələri üçün fayda

Səmərəliliyin dəfələrlə artırılması: mühəndislər və sahələrə baxış keçirən mütəxəssislərin vaxtına əvəzsiz dərəcədə qənaət edərək, onları əsas vəzifələrə və qərarların qəbuluna fokuslaşdırır.

Yüksək dəqiqlik: Sİ üzərindən təhlil insan səhvlərini azaldır və davamlı hesabatlar hazırlanmasını təmin edir.

Təhlükəsizliyin gücləndirilməsi: Sürətli və davamlı hesabatlar təhlükəsizlik üçün potensial təhdidləri daha tez müəyyən edib, onların dərhal aradan qaldırılmasına imkan verir.

Azərbaycanda innovasiyalara dəstək

Nazim Rəhimovun şirkətinin bu məhsulu Azərbaycandan və azərbaycanlılardan qaynaqlanan innovasiyaların əyani timsalıdır. SR-in faydası yalnız Kanadada peşəkarların işinə yaraması deyil, həm də Azərbaycanda neft-qaz, tikinti kimi mühüm sektorlarda səmərəliliyi və təhlükəsizliyi əhəmiyyətli dərəcədə artırmaq potensialına malikdir.

Hesabatlılığın gələcəyi

Azərbaycanın neft-qaz və tikinti sənayelərində hesabatlılıq proseslərini optimallaşdırmaq və məhsuldarlığı artırmaq istəyən şirkətlər üçün "Site Report Builder" inqilabi həll təklif edir. 

Daha ətraflı məlumat üçün https://sitereportbuilder.com  saytına müraciət edin.