Dünya artıq “təlimata uyğun” yaşamaq istəmir
Dünya artıq “təlimata uyğun” yaşamaq istəmir “Universal normaları” kim və hansı məqsədlə sırımağa çalışır və regionlar niyə öz inkişaf modellərini yaratmağa başlayıb? FACEBOOK QAQAŞ!!! Dr. Fuad Rəsuliov XXI əsrdə belə bir tezis populyarlaşıb ki, dünya yalnız bir siyasi model üzrə yaşamalıdır – Qərb modeli və mütləq şəkildə demokratik çərçivədə. Lakin bu çağırışlar nə qədər gur səsləndisə, sadə bir sual o qədər aktuallaşdı: bu model doğrudanmı universaldır? Yoxsa qarşımızda artıq nəzəriyyə deyil, səliqəli qablaşdırılmış, lakin eyni ikili standartlarla müşayiət olunan təzyiq aləti dayanır? Bu yaxınlarda keçirilən Doha Forumunda ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Şərqdə çoxdan mikrofon istifadı etmədən səsləndirilən fikri açıq şəkildə ifadə etdi: siyasi modellər fərqli şəkildə işləyir. Onun sözlərinə görə, “Yaxın Şərqdə ən effektiv idarəetmə forması maarifçi monarxiyadır”, suriyalılardan “12 ay ərzində Avropa tipli demokratiya” tələb etmək isə “dəvəyə skeytbord sürməyi öyrətmək” kimidir. Paradoksdur? Bəli. Xüsusilə də bunu onilliklər boyu başqalarına bəzən mühazirələr, bəzən sanksiyalarla, bəzən isə tanklarla demokratiya “öyrədən” bir ölkənin nümayəndəsinin deməsi fonunda. Universal resept işləmədi Politoloqlar tez-tez “çoxqütblülük”, “güc mərkəzləri”, “yeni dünya arxitekturası”dan danışmağı sevirlər. Ancaq sadə bir məqamı unudurlar: siyasi modellər dərman kimidir. Bir xəstəyə kömək edən vasitə digərinə zərər verə bilər. Qərb standartları “universal normalar” kimi təqdim olunur. Problem ondadır ki, bu normaların özü smartfonun əməliyyat sisteminin yenilənməsindən daha sürətlə dəyişir. Həmin qaydaların müəlliflərinin özləri qeyri-Qərb ölkələrindən ciddi şəkildə riayət etmələrini tələb etdikləri qaydalara … situasiyaya uyğun yanaşırlar. Və burada ortaya narahat edən sual çıxır: niyə kimsə ümumiyyətlə hesab edir ki, məhz onun qaydaları “universaldır”? Kim Qərbi müəllim, digərlərini isə əbədi şagird təyin edib? Regional modellər: Türkiyə və Azərbaycan Köhnə ehkamların sarsıldığı bir vaxtda regionlar hər addımı xarici instansiyalarla razılaşdırmadan öz inkişaf modellərini formalaşdırmağa başlayıblar. Son illərdə Türkiyə: • iqtisadiyyatını və logistika imkanlarını möhkəmləndirib, • müdafiə sənayesini inkişaf etdirib, • Avropa, Qara dəniz və Yaxın Şərq arasında əsas qovşağa çevrilib. Bu uğur Qərblə əməkdaşlığın və qərarların “dərslik üzrə” deyil, mövcud şəraitə uyğun qəbul edilməsinin vəhdətinin nəticəsidir. Türkiyənin əsas tərəfdaşlarından biri olan Azərbaycan: • Ankara–Bakı–Avropa enerji bağlantısını gücləndirib, • Cənub Qaz Dəhlizinin əsas dayağına çevrilib, • Türkiyənin mühüm enerji habına transformasiyasına töhfə verib. Eyni zamanda Azərbaycan hər addım üçün xaricdən icazə istəmədən öz siyasi məntiqinə uyğun hərəkət edir. Bu, bəzən narazılıq doğurur. Lakin məhz bu müstəqil yanaşma tədricən ölkənin əsas resursuna çevrilir. Niyə demokratiya “yeganə mümkün model” statusunu itirir? Qərb demokratiyanı yeganə düzgün yol kimi təqdim etməkdə davam edir. Reallıq isə getdikcə daha aydın göstərir ki, dünya daha mürəkkəbdir. 1. Sosial bərabərsizlik aradan qalxmayıb “Bərabər imkanlar” haqqında nə qədər danışılsa da, demək olar hər yerdə varlılarla kasıblar arasındakı uçurum artır. Matvey və Böyük Qetsbinin – “varlı yenə varlanır”, “sosial lift guya ki var, amma işləmir” – qanunları praktikada təsdiqini tapır. Florentiya ailələri artıq altı əsr, Britaniya ailələri isə təxminən səkkiz əsrdirdir sərvətlərini qoruyurlar. Bu faktların fonunda başlanğıc şərtlərinin bərabərliyi barədə iddialar nə dərəcədə inandırıcıdır? 2. Demokratiya effektivlik böhranı yaşayır Klassik model – hakimiyyətin dəyişkənliyi, partiyalar arasında rəqabət, ideyaların ədalətli mübarizəsi – getdikcə daha tez-tez qüvvəsini itirir. Formal prosedurlar qorunur. Lakin sistem getdikcə daha çox ətalət üzrə hərəkət edən mexanizmi xatırladır. Seçkilər daha gurultulu keçir, amma “insanların həyatı yaxşılaşdımı?” sualına cavab daha səssiz eşidilir. Prosedur məzmundan üstün tutulur. Dünya tədricən “sağ” və “sol” bölgüsündən daha sadə məntiqə keçir: məsuliyyətli siyasət, yoxsa populizm? Partiya mənsubiyyəti isə getdikcə daha çox sadəcə dekorasiyaya çevrilir. 3. Azadlıq – təkcə hüquq deyil, həm də məsuliyyətdir Tarix artıq göstərib: azadlıq çoxlarını qorxudur. Rusiyada təhkimçiliyin ləğvindən sonra kəndlilərin bir çoxu köhnə qaydaların bərpasını istəyirdi – azadlığa nifrət etdiklərinə görə yox, qeyri-müəyyənlik qorxusuna görə. Azadlıq – mürəkkəbdir. Və hamı üçün eyni dərəcədə asan deyil. Oxucu üçün sual açıq qalır: sizə şəxsən hansı daha yaxındır? • azadlıq → lakin məsuliyyət → risk və qeyri-müəyyənlik və ya • sabitlik → daha az risk → lakin daha az seçim Bu sualın cavabı bütün ölkələr və mədəniyyətlər üçün eynidir? Mənəviyyat, mədəniyyət və fərqli olmaq hüququ Demokratiya yunan-xristian sivilizasiyasından formalaşıb və fərdiyyətçiliklə, insan hüquqlarına söykənir. Kollektivist mədəniyyətlər – məsələn, yapon modeli – mənəvi baxımdan cəmiyyətin maraqlarını fərdi maraqlardan üstün tutmağı daha düzgün hesab edir. İrsi institutlu Avropa monarxiyaları sakit şəkildə fəaliyyət göstərir və bu, nədənsə ciddi suallar doğurmur. Belə olan halda, bir formulun hamıya uyğun olmalı olduğu barədə kim qərar verib? Tarixi, dini və sosial ənənələri fərqli olan ölkələr niyə mütləq “demokratik” yolu eyni şəkildə təkrarlamalıdır? Rəqəmsal dövr və siyasətin böhranı İnternet hər kəsə səs verdi və eyni zamanda: • feyklər dövrünü açdı, • manipulyasiyaları asanlaşdırdı, • siyasəti şouya çevirdi. Seçkilər getdikcə daha çox tamaşanı xatırladır: dekorasiyalar bahalıdır, aktyorlar gur səslidir, emosiyalar boldur – amma tamaşaçı eyni sualla zalı tərk edir: bütün bunlar nəyə lazım idi? “Kim daha ağıllıdır?” sualı tədricən “kim daha ucadan danışır?” sualı ilə əvəzlənir. Millilikdən üstün olan strukturlar getdikcə real insanlardan ayrı yaşayır. Avrobürokratiya artıq elə avropalıların özündə də suallar doğurur. Nəticə əvəzinə: öz yolunu seçmək hüququ Heç bir cəmiyyət başqasının mühazirə konspekti ilə yaşamağa borclu deyil. Qərb standartları getdikcə “universallıq” iddiasını itirir və artıq mütləq təqlid nümunəsi kimi qəbul edilmir. Azərbaycan yeni dünya arxitekturasına sadə bir fəlsəfə ilə daxil olur: ideyalar, texnologiyalar və tariflər yarışsın, insanlar isə döyüş meydanında yarışmasın. Və sübut edir ki, müstəqil inkişaf modeli yad təcrübənin mexaniki surətdə köçürülməsi olmadan da dayanıqlı və effektiv ola bilər. Dünya həqiqətən müxtəlif modellər mərhələsinə qədəm qoyur. Və öz yolunu seçmək hüququ – əsl suverenlik məhz budur.
13 Fevral 2026
XXI əsrdə belə bir tezis populyarlaşıb ki, dünya yalnız bir siyasi model üzrə yaşamalıdır – Qərb modeli və mütləq şəkildə demokratik çərçivədə. Lakin bu çağırışlar nə qədər gur səsləndisə, sadə bir sual o qədər aktuallaşdı: bu model doğrudanmı universaldır?
Yoxsa qarşımızda artıq nəzəriyyə deyil, səliqəli qablaşdırılmış, lakin eyni ikili standartlarla müşayiət olunan təzyiq aləti dayanır?
Bu yaxınlarda keçirilən Doha Forumunda ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak Şərqdə çoxdan mikrofon istifadı etmədən səsləndirilən fikri açıq şəkildə ifadə etdi: siyasi modellər fərqli şəkildə işləyir. Onun sözlərinə görə, “Yaxın Şərqdə ən effektiv idarəetmə forması maarifçi monarxiyadır”, suriyalılardan “12 ay ərzində Avropa tipli demokratiya” tələb etmək isə “dəvəyə skeytbord sürməyi öyrətmək” kimidir.
Paradoksdur? Bəli. Xüsusilə də bunu onilliklər boyu başqalarına bəzən mühazirələr, bəzən sanksiyalarla, bəzən isə tanklarla demokratiya “öyrədən” bir ölkənin nümayəndəsinin deməsi fonunda.
Universal resept işləmədi
Politoloqlar tez-tez “çoxqütblülük”, “güc mərkəzləri”, “yeni dünya arxitekturası”dan danışmağı sevirlər. Ancaq sadə bir məqamı unudurlar: siyasi modellər dərman kimidir. Bir xəstəyə kömək edən vasitə digərinə zərər verə bilər.
Qərb standartları “universal normalar” kimi təqdim olunur. Problem ondadır ki, bu normaların özü smartfonun əməliyyat sisteminin yenilənməsindən daha sürətlə dəyişir.
Həmin qaydaların müəlliflərinin özləri qeyri-Qərb ölkələrindən ciddi şəkildə riayət etmələrini tələb etdikləri qaydalara … situasiyaya uyğun yanaşırlar.
Və burada ortaya narahat edən sual çıxır: niyə kimsə ümumiyyətlə hesab edir ki, məhz onun qaydaları “universaldır”? Kim Qərbi müəllim, digərlərini isə əbədi şagird təyin edib?
Regional modellər: Türkiyə və Azərbaycan
Köhnə ehkamların sarsıldığı bir vaxtda regionlar hər addımı xarici instansiyalarla razılaşdırmadan öz inkişaf modellərini formalaşdırmağa başlayıblar.
Son illərdə Türkiyə:
• iqtisadiyyatını və logistika imkanlarını möhkəmləndirib,
• müdafiə sənayesini inkişaf etdirib,
• Avropa, Qara dəniz və Yaxın Şərq arasında əsas qovşağa çevrilib.
Bu uğur Qərblə əməkdaşlığın və qərarların “dərslik üzrə” deyil, mövcud şəraitə uyğun qəbul edilməsinin vəhdətinin nəticəsidir.
Türkiyənin əsas tərəfdaşlarından biri olan Azərbaycan:
• Ankara–Bakı–Avropa enerji bağlantısını gücləndirib,
• Cənub Qaz Dəhlizinin əsas dayağına çevrilib,
• Türkiyənin mühüm enerji habına transformasiyasına töhfə verib.
Eyni zamanda Azərbaycan hər addım üçün xaricdən icazə istəmədən öz siyasi məntiqinə uyğun hərəkət edir. Bu, bəzən narazılıq doğurur.
Lakin məhz bu müstəqil yanaşma tədricən ölkənin əsas resursuna çevrilir.
Niyə demokratiya “yeganə mümkün model” statusunu itirir?
Qərb demokratiyanı yeganə düzgün yol kimi təqdim etməkdə davam edir. Reallıq isə getdikcə daha aydın göstərir ki, dünya daha mürəkkəbdir.
1. Sosial bərabərsizlik aradan qalxmayıb
“Bərabər imkanlar” haqqında nə qədər danışılsa da, demək olar hər yerdə varlılarla kasıblar arasındakı uçurum artır.
Matvey və Böyük Qetsbinin – “varlı yenə varlanır”, “sosial lift guya ki var, amma işləmir” – qanunları praktikada təsdiqini tapır. Florentiya ailələri artıq altı əsr, Britaniya ailələri isə təxminən səkkiz əsrdirdir sərvətlərini qoruyurlar. Bu faktların fonunda başlanğıc şərtlərinin bərabərliyi barədə iddialar nə dərəcədə inandırıcıdır?
2. Demokratiya effektivlik böhranı yaşayır
Klassik model – hakimiyyətin dəyişkənliyi, partiyalar arasında rəqabət, ideyaların ədalətli mübarizəsi – getdikcə daha tez-tez qüvvəsini itirir. Formal prosedurlar qorunur. Lakin sistem getdikcə daha çox ətalət üzrə hərəkət edən mexanizmi xatırladır.
Seçkilər daha gurultulu keçir, amma “insanların həyatı yaxşılaşdımı?” sualına cavab daha səssiz eşidilir.
Prosedur məzmundan üstün tutulur. Dünya tədricən “sağ” və “sol” bölgüsündən daha sadə məntiqə keçir: məsuliyyətli siyasət, yoxsa populizm?
Partiya mənsubiyyəti isə getdikcə daha çox sadəcə dekorasiyaya çevrilir.
3. Azadlıq – təkcə hüquq deyil, həm də məsuliyyətdir
Tarix artıq göstərib: azadlıq çoxlarını qorxudur.
Rusiyada təhkimçiliyin ləğvindən sonra kəndlilərin bir çoxu köhnə qaydaların bərpasını istəyirdi – azadlığa nifrət etdiklərinə görə yox, qeyri-müəyyənlik qorxusuna görə.
Azadlıq – mürəkkəbdir. Və hamı üçün eyni dərəcədə asan deyil.
Oxucu üçün sual açıq qalır: sizə şəxsən hansı daha yaxındır?
• azadlıq → lakin məsuliyyət → risk və qeyri-müəyyənlik
və ya
• sabitlik → daha az risk → lakin daha az seçim
Bu sualın cavabı bütün ölkələr və mədəniyyətlər üçün eynidir?
Mənəviyyat, mədəniyyət və fərqli olmaq hüququ
Demokratiya yunan-xristian sivilizasiyasından formalaşıb və fərdiyyətçiliklə, insan hüquqlarına söykənir.
Kollektivist mədəniyyətlər – məsələn, yapon modeli – mənəvi baxımdan cəmiyyətin maraqlarını fərdi maraqlardan üstün tutmağı daha düzgün hesab edir.
İrsi institutlu Avropa monarxiyaları sakit şəkildə fəaliyyət göstərir və bu, nədənsə ciddi suallar doğurmur.
Belə olan halda, bir formulun hamıya uyğun olmalı olduğu barədə kim qərar verib? Tarixi, dini və sosial ənənələri fərqli olan ölkələr niyə mütləq “demokratik” yolu eyni şəkildə təkrarlamalıdır?
Rəqəmsal dövr və siyasətin böhranı
İnternet hər kəsə səs verdi və eyni zamanda:
• feyklər dövrünü açdı,
• manipulyasiyaları asanlaşdırdı,
• siyasəti şouya çevirdi.
Seçkilər getdikcə daha çox tamaşanı xatırladır: dekorasiyalar bahalıdır, aktyorlar gur səslidir, emosiyalar boldur – amma tamaşaçı eyni sualla zalı tərk edir: bütün bunlar nəyə lazım idi?
“Kim daha ağıllıdır?” sualı tədricən “kim daha ucadan danışır?” sualı ilə əvəzlənir.
Millilikdən üstün olan strukturlar getdikcə real insanlardan ayrı yaşayır. Avrobürokratiya artıq elə avropalıların özündə də suallar doğurur.
Nəticə əvəzinə: öz yolunu seçmək hüququ
Heç bir cəmiyyət başqasının mühazirə konspekti ilə yaşamağa borclu deyil.
Qərb standartları getdikcə “universallıq” iddiasını itirir və artıq mütləq təqlid nümunəsi kimi qəbul edilmir. Azərbaycan yeni dünya arxitekturasına sadə bir fəlsəfə ilə daxil olur: ideyalar, texnologiyalar və tariflər yarışsın, insanlar isə döyüş meydanında yarışmasın.
Və sübut edir ki, müstəqil inkişaf modeli yad təcrübənin mexaniki surətdə köçürülməsi olmadan da dayanıqlı və effektiv ola bilər.
Dünya həqiqətən müxtəlif modellər mərhələsinə qədəm qoyur.
Və öz yolunu seçmək hüququ – əsl suverenlik məhz budur.