Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zəlzələ bölgəsində 10 gün sonra möcüzə - Sağ çıxarılanlar var

Türkiyədə baş verən zəlzələdən 10 keçməsinə, havanın soyuq və şaxtalı olmasına, qar yağmasına baxmayaraq dağıntılar altından hələ də sağ adamlar tapılır.

Pressklub.az xəbər verir ki, Kahramanmaraş şəhərində 222 saat sonra 42 yaşlı Melike İmamoğlu dağıntılar altından sağ çıxarılıb. Qadının sağ olması qənaətinə gələn xilasedicilər xüsusi vasitələrlə tunel açaraq onu dağıntılar altından çıxarmağı bacarıblar. Şüuru başında olan qadın dərhal xəstəxanaya aparılıb. Onun səhhətinin hansı vəziyyətdə olması ətraflı müayinədən sonra məlum olacaq.

Kahramanmaraşda 74 yaşlı Cemile Kekeç adlı digər bir qadın isə 227 saat sonra xilas edilib.

Hatay şəhərinin Antakya rayonunda isə zəlzələdən 228 saat sonra bir qadın və iki uşaq xilas edilib. Onlar xəstəxanaya yerləşdiriliblər.