Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenskidən Makrona sərt cavab: “Boşuna vaxt itirməsin”

Bu günlərdə Fransa Prezidenti Emmanuel Makron açıqlamalarının birində bildirmişdi ki, Rusiya məğlub edilməli, lakin əzilməməlidir. O, dialoq qapısının hər zaman açıq saxlanmasının vacibliyini qeyd etmişdi.

Pressklub.az-ın məlumatına görə, İtaliyanin “Corriere” qəzetinə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski Makronun sözügedən açıqlamasına da münasibət bildirib.

Zelenski Rusiya ilə dialoqun “zaman itkisi” olduğunu bildirərək, əlavə edib: “Yararsız bir dialoq olacaq, əslində Makron zamanını boşuna xərcləyir. Mən bu qənaətə gəldim ki, biz Rusiyanın mövqeyini dəyişdirə bilməyəcəyik. Keçmiş sovet imperiyasını yenidən inşa etmək xəyalı ilə özlərini izolə etməyə qərar veriblərsə, biz heç nə edə bilmərik. Qarşılıqlı ehtiram əsasında beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edib-etməmək artıq onların işidir. İqtisadi sanksiyalar tətbiq olunanda bizi Rusiyanı təcrid etməkdə suçlayanlar oldu, amma reallıq bu deyildi. Putini marginallaşdıran amil müharibəni başlama qərarı idi”.