Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenskidən Bəşər Əsədə 10 il müddətinə sanksiya

Ukrayna Prezidenti Volodimir Zelenski Suriyadakı rejimin başçısı Bəşər Hafiz Əl-Əsədə 10 il müddətinə fərdi sanksiya tətbiq edib.

Pressklub.az xəbər verir ki, uyğun sərəncam Ukrayna Prezidentinin saytında yayılıb.

Məlumata görə, Zelenski Əsədlə yanaşı, Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı ilə 300 fiziki və 141 hüquqi şəxsə sanksiya tətbiq edib. Bildirilib ki, onların 3-ü Suriya, 7-si İran və qalanları isə Rusiya vətəndaşlarıdır.

Bundan başqa, Suriyanın Baş naziri Hüseyn Arnus və ölkənin xarici işlər naziri Feysal əl-Mikdad da sanksiya tətbiq olunanlar siyahısındadır.

Qeyd edək ki, martın 14-də Bəşər Əsəd Moskvaya səfəri zamanı Rusiyanın ilhaq etdiyi Ukrayna vilayətlərini federasiyanın əraziləri olaraq tanıyıb.