Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski: Вüz dörd ildir ki, Putin Kiyevi üç günə alır

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, bu gün, 24 fevral Rusiya Prezidenti Vladimir Putinin Kiyevi üç günə almağı vəd etməsindən düz dörd il keçir və bu, bütün bu müddət ərzində Ukraynanın necə mübarizə apardığı barədə çox şey deyir.

V.Zelenski bunu Rusiya-Ukrayna müharibəsinin başlanmasının dördüncü ildönümü ilə əlaqədar müraciətində bildirib.

"Bu gün düz dörd ildir ki, Putin Kiyevi üç günə alır. Bu, əslində, bizim müqavimətimiz, Ukraynanın bütün bu müddət ərzində necə mübarizə aparması haqqında çox şey deyir. Bu sözlərin arxasında milyonlarla insanımız var. Bu sözlərin arxasında böyük cəsarət, çox ağır iş, dözüm və Ukraynanın 24 fevraldan bəri qət etdiyi böyük yol dayanır", - o deyib.

V.Zelenski, həmçinin əlavə edib ki, Rusiya bu gün döyüş meydanında Ukraynanı məğlub etməyə qadir deyil: "Buna görə də çoxmərtəbəli binalar və elektrik stansiyaları ilə müharibə aparır. İndi ukraynalılar tarixin ən ağır qışını keçirirlər".