İranda hərbi helikopter qəzaya uğrayıb, dörd nəfər ölüb
24 Fevral 2026
İran ordusunun helikopteri qəzaya uğrayıb.
Bu barədə “Tasnim” məlumat yayıb.
İlkin məlumata görə, hadisə İsfahan yaxınlığındakı Xamnə şəhərində baş verib. Qəza nəticəsində 4 nəfər ölüb, bir nəfər yaralanıb.
Qəzanın texniki nasazlıq nəticəsində baş verdiyi bildirilir.