Rusiyadan iddia: Britaniya və Fransa Kiyevə nüvə silahı verməyə hazırlaşır
24 Fevral 2026
Britaniya və Fransa Kiyevi nüvə bombası ilə silahlandırmağa hazırlaşır.
TASS xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) məlumat yayıb.
Məlumata görə, Fransa və Böyük Britaniya gizli şəkildə Ukraynaya nüvə silahı və onun vasitələrini təhvil verməyə hazırlaşır. SVR bildirir ki, burada söhbət nüvə sahəsində Avropa komponentlərinin, avadanlıqlarının və texnologiyalarının gizli şəkildə ötürülməsindən gedir.