Zelenski Rusiyanın əsir mübadiləsini dayandırdığını bildirib
30 Yanvar 2026
Rusiya Ukrayna ilə əsirlərin mübadiləsini dayandırıb.
“Unian“ xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbətində bildirib.
"Rusiya prosesi dayandırdı. Onlar insan mübadiləsi ilə çox maraqlanmırlar, çünki bunun onlara heç nə vermədiyini düşünürlər. Onlar hesab edirlər ki, bu, bizə nəsə verir. Amma məncə, onlar da öz insanlarını, öz hərbçilərini düşünməlidirlər", - Zelenski bildirib.