Britaniya da SEPAH-ı qadağan olunmuş təşkilatlar siyahısına əlavə edəcək
30 Yanvar 2026
Böyük Britaniya hökuməti İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qadağan olunmuş təşkilatlar siyahısına əlavə edilməsinə imkan verən qanun layihəsi hazırlayacaq.
Bu barədə "The Times" qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, qanun layihəsi 2026-cı ildə Parlamentə təqdim olunacaq. Qeyd olunur ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi və xarici kəşfiyyat xidməti olan MI6 İİKK-nın qara siyahıya salınmasını dəstəkləmir.
Onlar belə bir addımın London və Tehran arasında "diplomatik kanalları məhv edəcəyindən" və Britaniya diplomatlarının İrandan çıxarılmasına səbəb olacağından qorxurlar.