Moskvaya dəvət edilən Zelenski: Mən də Putini Kiyevə dəvət edirəm
30 Yanvar 2026
Ukrayna Prezidenti Volodimir Zelenski Kremlin Rusiya dövlət başçısı Vladimir Putinlə Moskvaya danışıqlara gəlmək üçün israrlı dəvətlərinə münasibət bildirib.
"Ukrainskaya Pravda"nın verdiyi xəbərə görə, Zelenski bu məsələyə jurnalistlərlə söhbəti zamanı toxunub.
"Şübhəsiz ki, Putinlə Moskvada görüşməyim mümkün deyil. Mən də onu Kiyevə dəvət edə bilərəm, qoy gəlsin. Əlbəttə, qərar verərsə, onu açıq şəkildə dəvət edirəm", - Zelenski qeyd edib.
Zelenski liderlərin görüşünün istənilən real formatının Ukrayna tərəfinə uyğun olduğunu vurğulayıb: "Bunun hansı nəticə verəcəyini bilmirəm. Ancaq ən azından bu gün baş verənlərdən daha böyükdür".