Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski "Belarus variantı"na rədd cavabı verdi: "Buna hazır deyilik"

“Ukrayna hələ Belarus dəmir yollarının köməyi ilə taxılı ixrac etmək təklifini nəzərdən keçirməyə hazır deyil”.

Bu haqda Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama verib.

"Bizə Belarus dəmir yolu vasitəsilə getməyi təklif etdilər. Bəli, hətta bunun hansı həcmdə olacağını bilirik. Bizə bunu niyə təklif etdiklərini də başa düşürük. Biz hələ bu formata əməl etməyə və "mehriban qonşularımıza" kömək etməyə hazır deyilik", - dövlət başçısı bildirib.