Logo
news content
User
Kateqoriyalar

Xəbər

ARDNF 10 ayda 6 milyard dollar valyuta satıb

2024-cü ilin yanvar-oktyabr aylarında Dövlət Neft Fondu (ARDNF) 5 919,4 milyon ABŞ dolları məbləğində valyuta satıb.

Bu barədə Fond məlumat yayıb.

Məlumata əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.

Təkcə oktyabrda isə ARDNF-in valyuta satışı 174,4 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 13,9% azdır.