Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski “Azovstal”da əsir düşən hərbçilərin sayını açıqladı - İnanılmaz rəqəm

“Azovstal” polad zavodundan olan 2,5 mindən çox ukraynalı hərbçi Rusiya əsirliyindədir. Onların azad edilməsi ilə ölkənin Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məşğul olur.

“RBK-Ukraina” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.

Dövlət başçısının sözlərinə görə, Rusiya tərəfinin “Azovstal”ın müdafiəçilərinə qarşı işgəncədən istifadə etməsi sərfəli deyil, çünki onlar “publik məhbus” olublar.

Prezident həmçinin qeyd edib ki, o, ukraynalı hərbçilərin gələcək taleyi ilə bağlı Rusiya hakimiyyətinin və qondarma “Donetks Xalq Respublikası”nın nümayəndələrinin bəyanatlarını ciddi qəbul etmir.

Ukrayna hərbçilərinin “Azovstal”dan təxliyəsi mayın 16-da başlayıb. Mayın 20-də zavodun aparıcı müdafiə qüvvəsi olan “Azov” alayı müdafiənin dayandırılması əmri verildiyini açıqlayıb.

Qeyd edək ki, mayın 20-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə əməliyyatın başa çatması və Mariupol, o cümlədən “Azovstal”a tam nəzarət edilməsi barədə məlumat verib.