Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Yox olan" valyuta - Rial rekord həddə ucuzlaşıb

Ölkədə siyasi etirazlar başlayandan bu yana sürətlə dəyər itirən İral valyutası daha da ucuzlaşıb. Bu dəfə, İran rialı psixoloji baryeri keçib.

Pressklub.az xəbər verir ki, rial fevralın 20-də 1 dollar üçün 500 min rialdan aşağı düşüb.

İran birjalarının məlumatlarını toplayan Bonbast.com saytının qiymətləndirməsinə görə hazırda 1 dolların dəyəri 501 min 300 rialdır.

Bu indiyədək görünməmiş rekord aşağı həddir.

Xəbərdə deyilir ki, ölkədə inflyasiyanın 50 faiz civarında olduğu bir vaxtda iranlılar dollar, başqa sabit valyutaları və ya qızıl alırlar.

ABŞ 2018-ci ildə keçmiş prezident Donald Trampın sərəncamı ilə 2015-ci il nüvə sazişini birtərəfli qaydada tərk etdikdən sonra Tehranın üzərinə sanksiyalar bərpa olunub, habelə onun neft ixracı və xarici valyuta bazarlarına çıxışı məhdudlaşdırılıb.

Dolların məzənnəsi sərbəst qalacaq

Ötən sentyabrdan bəri İranın dünya gücləri ilə imzaladığı 2015-ci il nüvə sazişinin dirçəldilməsi və ABŞ-ın razılaşmaya qayıtması üçün aparılan danışıqlar dalana dirənib.

Bu sazişə əsasən Tehran onun üzərindəki beynəlxalq sanksiyaların qaldırılması müqabilində özünün nüvə proqramını məhudlaşdırmalı idi.

Bütün bunların nəticəsində İranın milli pulu son 6 ayda dəyərinin 60 faizini itirib.

Buna baxmayaraq İranın Mərkəzi Bankı bildirib ki, Tehran xarici valyuta bazarına çıxışı asanlaşdırmaq, habelə rəsmi tranşların həcmini artırmaq üçün yeni xarici valyuta birjası açmağı planlaşdırır.

Mərkəzi Bankın direktoru Məhəmməd Rza Fərzin deyib ki, bu mərkəzdə bazar məzənnəsi tətbiq olunacaq və bu, gözlənti faktorlarından, habelə hökumətin ölkənin maliyyə bazarını qiymətləndirməsindən asılı olmayacaq.

Fərzin bu vəzifəyə ötən ilin dekabrında təyin edilib.