Yeni Zelandiyada “omikron” ştamına görə maksimum həyəcan səviyyəsi elan edilib
23 Yanvar 2022
Yeni Zelandiya ölkə daxilində koronavirusun "omikron" variantına 12 yoluxma hallarının aşkarlanması səbəbindən qırmızı, maksimum həyəcan səviyyəsinə keçir.
Bu barədə ölkənin Baş naziri Casinda Ardern deyib.
"Yeni Zelandiya yanvarın 23-də, bazar günü saat 23:59-da qırmızı rejimə keçəcək. Biz bilirik ki, [koronavirusun "omikron" variantının yayılması] artıq həm Şimal, həm də Cənubi adalarında baş verib və bir neçə aviareysdə də yoluxma halları qeydə alınıb".
Baş nazir qeyd edib ki, yeni ştama yoluxmuş iki nəfərin kütləvi tədbirə qatıldığı və nəticədə virusun ölkə əhalisinin əksəriyyətinə ötürülməsinə şərait yaratdığı məlumdur.
Bəyanatda, həmçinin qeyd edilir ki, hökumət virusun yayılmasının qarşısını almaq üçün tibbi maskadan istifadə, istənilən tədbirlərdə iştirakçıların sayının məhdudlaşdırılması kimi tədbirlərin tətbiqini davam etdirir.