Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan XİN ABŞ ilə İran arasında elan olunmuş atəşkəsi alqışlayır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası arasında elan olunmuş atəşkəsi alqışlayır.

Bu barədə Azərbaycan XİN-in bəyanatında qeyd olunub.

Bildirilib ki, Azərbaycan Xarici İşlər Nazirliyi atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir:

"Bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümidvarıq.

Tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırırıq.

Azərbaycan hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırdır", - bəyanatda vurğulanıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Ötən gecə, təxminən, hərbi əməliyyatların 40-cı günündə Pakistanın vasitəçiliyi ilə ABŞ və İsrail arasında atəşkəs razılaşması elan olunub. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif aprelin 10-da hər iki ölkənin nümayəndə heyətini İslamabadda sülh danışıqları aparmağa dəvət edib.