"Yeni Klinika"nın rəhbəri ilə bağlı yeni hökm
19 Aprel 2023
Pandemiya dövründə koronavirusa yoluxmuş şəxslərin müalicəsi üçün onların yaxınlarından rüşvət almaqda suçlanan "Yeni Klinika"nın rəhbəri Pərviz Abbasovun cəzası azaldılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin ona kəsdiyi 8 il 6 aylıq azadlıqdan məhrumetmə cəzasını bir müddət öncə apellyasiya məhkəməsi 5 il 6 aya endirmişdi. Aprelin 19-da onun şikayətinə baxan Ali Məhkəmə isə bu müddəti 3 ilə endirib.
Onun ittiham olunduğu Cinayət Məcəlləsinin (CM) 311.3.1, 311.3.2 (bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələrində 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Abbasova münasibətdə CM-in 62-ci maddəsi tətbiq olunub. Bu maddə imkan verir ki, hakim müəyyən halları nəzərə alıb qanundakı aşağı həddən daha az cəza təyin etsin.
Abbasov Ali Məhkəməyə kassasiya şikayətində, ümumiyyətlə, özünü təqsirli bilmədiyini vurğulayaraq bəraət istəmişdi. O, istər birinci instansiya, istərsə də apellyasiya məhkəməsində çıxışlarında ona böhtan atıldığını, heç bir xəstədən və ya onun yaxınından rüşvət almadığını deyirdi.
"20 illik fəaliyyətimi araşdırın, bir cinayət tapsanız, nə qədər cəza istəyirsiniz, cəza verin, çəkməyə hazıram. Hüseyn Cavid və başqa tarixi şəxsiyyətlərə də nə vaxtsa bəraət verilib, güman edirəm, mənə də nə vaxtsa veriləcək. Mənim başıma gələn iftira heç kimin başına gəlməsin...", – Abbasovun sözləridir.
Abbasovla birlikdə mühakimə olunan daha üç nəfərin də cəzasına dəyişiklik olunub. Bunlar "Buta" Klinikasının keçmiş həkim-radioloqu Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi olmuş Əvəz Hüseynov və Samir Mirzəyevdir. Ali Məhkəmə onların cəzasını 2 il 6 aya endirib.
Cinayət işinin materiallarında iddia olunur ki, "Yeni Klinika"ya yerləşdirilən koronaviruslu xəstələrin yaxınlarından 1000-4000 manat rüşvət alınıb. Abbasov Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən onun iş otağından rüşvət kimi alınan həmin vəsaitlərin bir hissəsinin tapıldığı bildirilir. İddia olunur ki, adları çəkilən digər təqsirləndirilən şəxslər də Abbasovla xəstələrin yaxınları arasında vasitəçilik edib.
2021-ci ilin aprelindən həbsdə olan Abbasov isə bu haqda ittihamda yazılanların yalan olduğunu deyir. Onun sözlərinə görə, otağında olan vəsaitin bir hissəsi klinikanın təsərrüfat işləri üçün ayrılmış pullar, bir hissəsi isə öz maaşı olub: "Sübut kimi nişanlanmış pullar, telefon danışıqları və başqa faktlar ortaya qoyulmalı idi. Amma heç bir sübut yoxdur. Mənimlə mühakimə olunanların heç birinin "Yeni Klinika" ilə əlaqəsi yoxdur. O klinikadan heç kimi məhkəməyə çağırıb soruşmadılar ki, nə var, nə yox...".

"Nişanlanmış pullar... ortaya qoyulmalı idi"